Icma.az
close
up
RU
Şeyxülislam Portuqaliyada BMT Baş katibinə nə deyib?

Şeyxülislam Portuqaliyada BMT Baş katibinə nə deyib?

Icma.az, Azpost saytına istinadən bildirir.

 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın sonlarında Portuqaliyada keçirilmiş BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edib.

QMİ sədri toplantıya BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə gedib.

Kifayət qədər zəngin proqramı olan tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən dini rəhbərlər, ictimai xadimlər iştirak edib.

Forumun açılışından əvvəl, noyabrın 25-də Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb. Azərbaycanda keçirilmiş COP 29-la bağlı danışan Moratinos BMT tədbirinin uğurlu təşkilini xüsusi qeyd edib. BMT rəsmisi Bakıda keçirilmiş Dini Liderlərin Qlobal Sammitində şəxsən iştirakından məmnun olduğunu deyib, dini liderlərin Qarabağa geniş tərkibdə səfərinin olduqca böyük əhəmiyyət kəsb etdiyini bildirib.

M.A.Moratinos hər iki qlobal tədbiri Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsi kimi qeyd edib.

Şeyxülislam A. Paşazadə M.A.Moratinosa, həmçinin, BMT Baş Katibi cənab Qutterişə COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinə ünvanladığı  videomüraciətinə görə təşəkkür edib.

BMT Sivilizasiyalar Alyansının rəsmisi Qarabağı tərk etmiş erməniləri öz əcdadlarının qəbirlərini ziyarət edə bilmə imkanları ilə maraqlanıb. QMİ sədri deyib ki, bu məsələ yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində həllini tapa bilər.

Daha sonra Şeyxülislam noyabrın 26-da Qlobal Forumun ilk plenar toplantısında çıxış edib. BMT Sivilizasiyalar Alyansının ötən 20 ildə bəşəriyyətin mənafeyinə xidmət edən mühüm beynəlxalq platforma olaraq özünü təsdiq etdiyini bildirən Allahşükür Paşazadə belə forumların qarşılıqlı anlaşma, açıq mübadilə üçün platforma yaratdığını xüsusi qeyd edib.

Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığının ən yüksək səviyyədə olduğunu qeyd edən Şeyxülislam Azərbaycan Prezidentinin müəllifi olduğu Bakı Prosesini bu baxımdan birgə əməkdaşlığın gözəl nəticəsi adlandrıb.

Çıxışında dünyanı narahat edən ən mühüm məsələlərdən biri kimi Yaxın Şərqdə və Ukraynada cərəyan edən faciəvi hadisələri xatırladan Şeyxülislam günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasının, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu bildirib.

QMİ sədri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdiyini xatırladıb.

Forum iştirakçıları şərəfinə verilən rəsmi şam yeməyində iştirak edən QMİ sədri Portuqaliya Prezidenti Marçelo Rebelo de Sousa ilə görüşüb. Şeyxülislam qəbul zamanı həmçinin Qlobal Forumda iştirak edən BMT-nin Baş Katibi Antonio Qutteriş ilə də görüşündə BMT Baş Katibinə COP29  çərçivəsində Dini Liderlərin Qlobal Sammiti iştirakçılarına video-müraciətinə görə təşəkkür edib.

Şeyxülislam Allahşükür Paşazadə noyabrın 27-də forumun «Dini məkanların mühafizəsi üzrə qlobal konfrans»ında çıxış edib. Milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırki dövrdə qlobal miqyasda etimadın bərpasını ədalətli gələcək üçün zəruri şərt olduğunu deyən QMİ sədri çıxışında vurğulayıb ki, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur.

Məhz nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır. Qlobal problemlərin həlli üçün sivilizasiyalar və dinlərarası dialoq və əməkdaşlıq, multikulturalizm ideyaları vacibdir. Dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik  Azərbaycan sivilizasiayalararası dialoqa real töhfələr vermək iqtidarındadır.

QMİ sədri COP 29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitində qəbul edilmiş Bakı Bəyannaməsində COP nəzdində Məşvərət Şurasının təsis olunmasının təklifini xatırladıb, dini liderlərin məşvərət qurumunun təsisi zamanının yetişdiyini bir daha vurğulayıb.

QMİ sədri deyib ki, Sivilizasiyalar Alyansı iki onillik zəngin və dəyərli təcrübəsi ilə özünü effektiv dialoq və əməkdaşlıq müstəvisi kimi təsdiq edib.

Şeyxülislam həmçinin Lissabonda baş tutmuş KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısına da qatılıb. Qeyd edək ki, A.Paşazadə Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvüdür.

Beynəlxalq Mərkəzin Direktorlar Şurası sədrinin müavinləri seçilib. Şeyxülislam A.Paşazadə tərəfindən namizədlikləri irəli sürülmüş Equmenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel Adamakis və İraq təmsilçisi Əbdülvahab Əhməd Həsən Əl-Samariyyə sədr müavinləri olaraq təsdiqləniblər. Daha sonra Şeyxülislam A.Paşazadə Mərkəzin fəaliyyətinə dair cari və perspektiv məsələlərin müzakirələrində iştirak edib. Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə öz fikirlərini və tövsiyələrini iclas iştirakçılarının diqqətinə çatdıran QMİ sədri A. Paşazadə KAICIID-in cari və qarşıda nəzərdə tutulan layihələrinə dair təkliflərini bildirib.

Qeyd edək ki, Direktorlar Şurasına beş dini –islam, xristian, iuadizm, buddizm və induzimi təmsil edən 9 görkəmli dini liderlər daxildir.

Direktorlar Şurasına Şeyxülislam Allahşükür Paşazadə, Şeyx Mühəmməd bin Əbdul Vahid bin Abdulla əl-Arifi, şeyx, doktor Əbdul-Vahab Əhməd Həsən Taha əl-Sammeray, müqəddəs Ata Loran Basaneze, mitropolit Emmanuel Adamakis, Rana Xan, ravvin Jaklin Heyzel Tabik, Koşo Nivano, Sasikumar Tarmalinqam daxildir.

Qeyd edək ki, Kral Abdulla Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi (KAICIID) Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunub. Vatikan qurumda müşahidəçi dövlət statusundadır.

Təşkilatın əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir.

Kral Abdulla Dialoq Mərkəzinin 25 ölkə, beş qitədən cəlb olunmuş, müxtəlif mədəni və dini mənsubiyyəti olan şəxslərdən ibarət işçi fəaliyyət göstərir.

Kral Abdulla Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən Avropa, Amerika, Afrika, Asiya, o cümlədən, Yaxın Şərq ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir.

KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır.

Qurumun Azərbaycanla əlaqələri məhsuldardır. Ötən illər ərzində QMİ sədri KAİCIID-in müxtəlif beynəlxalq toplantılarında iştirak edib.

May ayında KAİCIID-in Baş katibi Zuhair Əlharti Bakıda keçirilmiş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda itirak edib.

KAICIID-in Baş katibi Azərbaycanın müxtəlif dinlər arasında daim bir harmoniya mərkəzi olduğunu bildirib, ökəmizdəki tərəf müqabilləri ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb.

Şeyxülislam Qlobal Forum çərçivəsində tədbir iştirakçıları ilə bir sıra görüşlər keçirib. Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlam, Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç, Yunanıstanın sabiq Xarici işlər naziri Dimitris Avramopoulos, Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin müavini Vəlid əl Xreyci və b. ilə səmimi dialoqlarda  qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

QMİ sədrinin Portuqaliyada Qlobal Forumda iştirakı ölkəmizin mövqeyinin bir daha ifadə olunması üçün səmərəli platforma olub.

Bu səfəri eyni zamanda Prezident İlham Əliyevin yürütdüyü barış və tolerantlıq siyasətinin əsas mesajlarının təbliği baxımından yaddaqalan saymaq olar.

Aydın ABBASOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Dekabr 2024 00:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri