Icma.az
close
up
RU
“Fövqəladə Hallar Nazirliyi vətəndaşların çağırışlarını qulaqardına vurur...”

“Fövqəladə Hallar Nazirliyi vətəndaşların çağırışlarını qulaqardına vurur...”

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Bu isə daim öz çıxışlarında aşağıdan yuxarı bütün məmurlardan vətəndaşların müraciət və çağırışlarına vaxtında və gərəyincə cavab və reaksiya verməyi, onların qayğısına qalmağı tələb edən Prezident İlham Əliyevin daxili siyasətinə qarşı açıq sabotajdır...”

"Bəs əgər, Allah eləməmiş, bəhs etdiyimiz fövqəladə hal reallaşsa və nəticədə insanlar həlak olsa, bunun hüquqi məsuliyyətini kim daşıyacaq?.."

"Onu da deyək ki, biz ölkədə baş verən müxtəlif təbii və texnogen fəlakətlər: daşqınlar, sellər, subasmalar, yanğınlar, zəlzələlər və s. zamanı FHN əməkdaşlığının fədakarlıq göstərdiyini, neçə-neçə insanın həyatını xilas etdiyini, neçə binanı yanğından qoruduğunu görür, bilir və bunları yüksək dəyərləndiririk. Fəqət, indiki halda, konkret olaraq bizim problemimizlə bağlı bu qurumun reaksiyası heç cür tədqirəlayiq deyil..." 

Moderator.az-ın elektron poçtuna Bakı şəhəri Yasamal rayonu ərazisində, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında 28 ildir məskunlaşmı məcburi köçkünlərdən birinin müraciəti daxil olub. O, 10 aya yaxın müddətdə dəfələrlə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə müraciət etməsinə baxmayaraq, vətəndaşın yaşadığı məkanda yaranmış və nəinki onun ailəsinin, yataaqxanadakı digər bir neçə ailənin, həmçinin hər dəqiqə binanın yaxınlığından keçə biləcək onlarla insanın, o cümlədən məktəb şagirdlərinin həyatına təhlükə yaradacaq fövqəladə halın aradan qaldırılması üçün heç bir tədbir görülmədiyini bildirir. Məcburi köçkün əlavə edir ki, o, FHN-nin elektron ünvanına yazılı müraciət göndərməyə çalışsa da, Nazirliyin saytındakı hansısa texniki problem ucbatından məktubu göndərmək mümkün olmur. 

Vətəndaşın xahişini nəzərə alaraq onun  FHN-ə müraciətini Moderator.az vasitəsilə  ictimailəşdiririk:

“Salam. Hörmətli Fövqəladə Hallar Nazirliyi rəhbərliyi!

Sizi Bakı şəhərinin Yasamal rayonunda Nazirliyin bir neçə yüz metrliyində, “Space” kanalıyla üzbəüz, Ələsgər Ələkbərov 13 ünvanında yerləşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1 saylı yataqxanasında 28 ildir ki, məskunlaşmış  Laçın rayonundan məcburi köçkün İsmayılov Sultan  Ağayar oğlu narahat edir.  

Binanın 4-cü mərtəbəsində 148-ci otaqda yaşayıram. İki ildən çoxdur ki, binanın damındakı navalçalar və aşağı yönələn borular son təmir zamanı düzgün ölçü və formada quraşdırılmadığından axan yağış suları müvafiq boruya deyil, sel şəklində 5-ci mərtəbənin eyvanından başlayaraq 4-cü mərtəbədəki bizim və 3-cü mərtəbəki qonşunun eyvanı üzərinə axır. Nəticədə hər yağış yağanda damdan mütəmadi tökülən yağış selləri də, təbii ki, hər üç eyvanın qəzalı durumunu daha da gücləndirir. Yəni hər an, həm yağış zamanı, yaxud digər günlərdə fövqəladə hal yarana bilər: ya 5-ci, ya 4-cü, ya da 3-cü mərtəbədəki eyvanlar biri digərinin üzərinə, yaxud eyni zamanda küçədən keçə bilən insanların başına uça bilər. Yataqxananın komendantının tədbir görmək imkanı yoxdur.  Dama çıxıb navalçaları təmir etmək üçün xüsusi texnikaya ehtiyac var. Ona görə də FHN-in məsələyə müdaxilə etməsi zəruridir. Əks halda dediyimiz kimi, hər an real olaraq bədbəxt hadisə baş verməsi, yəni mənim ailə üzvlərimin və ya özümün, yaxud 5-ci və 3-cü mərtəbədəki sakinlərin, həmçinin eyvanların uçması nəticəsində küçədən keçə bilən vətəndaşların, o cümlədən yaxınlıqdakı 225 saylı tam orta məktəbə gedib-gələn müəllim, şagird və valideynlərin həlak olması, ən azı ağır dərəcəli xəsarət alması mümkündür. Qeyd edim ki, darısqal otaqlarda yaşayan hər üç ailə yuyulan paltarları asmaq və s. səbəbindən eyvanlardan istifadə etməyə məcburdur. Buna görə də təcili tədbir görməyinizi xahiş edirik. 

Nəzərinizə çatdırım ki, bu günədək dəfələrlə yağışlı havalarda 112 qaynar xəttinə zəng etsək də, əlaqə qura bilməmişik. Lakin yaxşı ki, yağmursuz günlərdə 4 dəfə - 2024-cü ilin dekabrında və 2025-ci ilin aprel, sentyabrında(konkret tarix və saatı qeyd etməyi unutsam da, bu barədə 112 xidmətinin, həmçinin Rabitə Nazirliyinin  müvafiq qurumlarının qeydiyyat arxivində dəqiq məlumat var)  və sonuncu dəfə oktyabrın 10-da qaynar xətt operatoru ilə danışıb vəziyyəti ətraflı təsvir edib kömək olunmasını xahiş etmişik. 112 xidmətindən hər dəfə yalnız onu deyirlər ki, biz FHN-in müvafiq qurumlarına məlumat vermişik. Lakin indiyədək həmin qurumlardan bizə heç bir cavab verilməyib. 

Əgər problem doğrudan da, FHN-in səlahiyyətində deyilsə, bunu rəsmi şəkildə bizə bildirin və hansı qigər orqanlara müraciət etməli olduğumuzu söyləyin. Halbuki bu, əsil mənada yuxarıda təsvir etdiyim fövqəladə haldır. Əgər leysan yağış zamanı üzərimizə sel gəlirsə, öncə haraya müraciət etməliyik; 101-ə, 102-yə, yoxsa 103-ə, yaxud 104-ə? Sadəcə indiki halda sel yerdən yox, üfiqi şəkildə yox, şaquli şəkildə- damdan gəlir...

Bəs əgər, Allah eləməmiş, bəhs etdiyimiz fövqəladə hal reallaşsa və nəticədə insanlar həlak olsa, bunun hüquqi məsuliyyətini kim daşıyacaq?..

Onu da deyək ki, biz ölkədə baş verən müxtəlif təbii və texnogen fəlakətlər: daşqınlar, sellər, subasmalar, yanğınlar, zəlzələlər və s. zamanı FHN əməkdaşlığının fədakarlıq göstərdiyini, neçə-neçə insanın həyatını xilas etdiyini, neçə binanı yanğından qoruduğunu görür, bilir və bunları yüksək dəyərləndiririk. Fəqət, indiki halda, konkret olaraq bizim problemimizlə bağlı bu qurumun reaksiyası heç cür tədqirəlayiq deyil... 

Xülasə, güman edirəm ki, müraciətimizə operativ şəkildə baxılacaq və fövqəladə hala səbəb ola biləcək problem aradan qaldırılacaqdır.  Və müstəqil dövlətimizdən ötrü bu kiçicik müşkülün həlli üçün Respublika Prezidentinə müraciət etməyə məcbur olmayacağıq.”

Hörmətli redaksiya! İnanmıram ki, məktubun ictimailəşməsindən sonra belə, Fövqəladə Hallar Nazirliyi problemimizin həlli ilə məşğul olsun. Çünki əgər 10 ay ərzində  dəfələrlə 112 qaynar xəttinə zəng etməyimizə rəğmən nəinki real tədbir, heç bir geri dönüş edib problemlə şifahi də olsa, maraqlanmayıblarsa, deməli, bu dövlət qurumu Azərbaycan vətəndaşlarının çağırışlarını əsil mənada qulaqardına vurur. Bu isə daim öz çıxışlarında aşağıdan yuxarı bütün məmurlardan vətəndaşların müraciət və çağırışlarına vaxtında və gərəyincə cavab və reaksiya verməyi, onların qayğısına qalmağı tələb edən Prezident İlham Əliyevin daxili siyasətinə qarşı açıq sabotajdır.

Biz müraciətimizi ictimailəşdirməkdə, o cümlədən lazım gəlsə, 1-ci vitse-prezident Mehriban Əliyevaya və dövlət başçısının şəxsən özünə - Prezident İlham Əliyevə şikayətlərimizi çatdıracağıq. Gerisini FHN rəhbərliyi düşünsün...” 

Redaksiyadan: 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin şərhini də təqdim etməyə hazırıq. 

Vətəndaşın müraciətini nəzarətdə saxlayacaq, FHN və digər əlaqədar qurumlarla əlaqə saxladıqdan sonra əlavə məlumat verməyə çalışacağıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri