Shamakhi Open turnirinin qalibi müəyyənləşib
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan şahmatçısı Xəzər Babazadə "Shamakhi Open" beynəlxalq şahmat festivalının qalibi olub.
İdman.biz xəbər verir ki, o, IX turda Əhməd Əhmədzadəyə qalib gələrək xalını yeddiyə çatdırıb.
Vitali Bernadski də Vüqar Manafova qalib gələrək yarışı eyni nəticə ilə başa vurub. Lakin əlavə göstəriciləri liderdən geri qaldığından ukraynalı şahmatçı ikinci yeri tutub.
Xaqan Əhməd 6,5 xalla "Shamakhi Open"i üçüncü yerdə başa vurub.
Qeyd edək ki, “Shamakhi Open” Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" çərçivəsində keçirilib.
İdman.biz
Baxış sayı:85
Bu xəbər 03 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















