“Shell” BP nin satın alınması ilə bağlı danışıqları təkzib edib
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Britaniya-Niderland neft və qaz nəhəngi “Shell”, Britaniyanın “BP plc”nin alınması ilə bağlı danışıqlar barədə mətbuatda yayılan xəbərləri təkzib edib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
“Shell”in rəsmi açıqlamasında deyilib: “Heç bir danışıqlar yoxdur. Şirkət böyük satınalma yolu ilə böyüməyə deyil, öz əməliyyatlarına fokuslanıb”.
Bundan əvvəl “Shell”in baş direktoru Vael Savan deyib ki, o, pulu “BP” ilə razılaşmadan çox şirkətin səhmlərinin geri alınmasına xərcləməyə üstünlük verir.
Bundan əvvəl “The Wall Street Journal” (WSJ) məlumatlı mənbələrə istinadən yazıb ki, “Shell” Britaniyanın BP-nin alınması ilə bağlı danışıqların ilkin mərhələsindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 25 İyun 2025 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















