Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Sİ CİNPİN TRAMPI ƏZDİ Dünya rəsmən ikiqütblü oldu...

Sİ CİNPİN TRAMPI ƏZDİ Dünya rəsmən ikiqütblü oldu...

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trampın “xox” siyasətini Çin lideri ABŞ-nin özünə qarşı işə keçirdi

Namiq Bilal

Uzun müddətdir gözlənilən ABŞ–Çin görüşü Cənubi Koreyada baş tutdu. Bu görüş son bir neçə ildə yarı qapalı şəkildə gedən çox önəmli prosesi konkretləşdirdi: ABŞ dünyanın tək hegemon gücü statusunu itirib. Koreya sammitindən əldə olunan nəticələr və yayılan görüntülər bu deyiləni təsdiqləyir.

Öncə görüntülərə nəzər yetirək. Tramp podiumda gah sağa, gah sola baxaraq döyükür, Çin liderini gözləyir. Si Cinpin isə podiuma Trampdan sonra inamlı addımlarla gəlir, gücünə tam əminlik nümayiş etdirir. Si ilə görüşdə digər ölkələrin liderlərinə yuxarıdan aşağı baxan, onları alçaldan Trampdan əsər-əlamət yoxdur. Sammit bitdikdən sonra isə Tramp pilləkənlərdən enərək Çin liderini onun limuzininə qədər yola salır, sonra səssiz-bəyanatsız öz limuzininə minib birbaşa hava limanına yollandı.

Bu sammitin mahiyyətini Çin Kommunist Partiyasının ruporu olan “Jenmin Jibao” qəzetində dərc olunmuş məqalədən götürülmüş iki cümlə ilə ifadə etmək olar.

Birinci cümlədə qeyd edilir ki, Si Cinpin Trampa deyir: “Çinin böyüməsi və inkişaf etməsi sizin MAGA (Amerikanı yenidən böyük edək) layihənizə zidd deyil.”

İkinci cümlədə isə deyilir: “Sammit bitdikdən sonra prezident Tramp hamını təəccübləndirərək pilləkənlərdən endi və Çin rəhbərini limuzinə qədər ötürdü.”

Bu iki cümləni diplomatik dildən “obıvatel” dilinə çevirək.


Birinci cümlədə Si deyir: Siz MAGA ilə məşğul olun, dünyadan çəkilin, diqqətinizi daxili problemlərinizə yönəldin. Biz isə bütün dünyada təsirimizi artıracağıq, bizə mane olmayın.

Qəzetdəki ikinci cümlə isə hansı ölkənin daha güclü və hansı liderin daha təsirli olduğunun altını cızır.

Rəsmi görüşlərdə daha güclü ölkələrin liderləri tez-tez öz üstünlüklərini nümayiş etdirən diplomatik jestlər edirlər. Məsələn, Trampın Zelenski və ya çox sayda Avropa lideri ilə Ağ Evdəki görüşünü yada salaq. Avropa dövlətlərinin liderlərini məktəb şagirdləri kimi qarşısındakı kiçik stullarda bir cərgədə oturdan Tramp onlara böyük kürsüdən yuxarıdan aşağı baxırdı. ABŞ–Çin sammitində isə Tramp gözlənilmədən pilləkənlərdən düşür və Çin liderini limuzininə qədər ötürür.

Mahiyyət baxımından da bu görüş olduqca uğursuzdur. 4–5 saat civarında gözlənilən görüş cəmi 100 dəqiqə sürdü. Onun da ən azı əlli dəqiqəsini təqdimatlar və tərcümə proseduru “yedi”. Belə qısa zamanda iki dünya lideri hansı ciddi məsələni həll edə bilərdi ki?


Sammitin əsas nəticəsi tərəflərin bir-birilərinə ünvanladıqları “xox”lardan geri çəkilmələri oldu. Tramp Çini bir neçə yüz faiz gömrük rüsumu və çip satışını qadağan etməklə hədələyirdi. Çin isə ABŞ-a nadir torpaq metallarını satmayacağı ilə “xox” gəlirdi. Görüşdülər, danışdılar və hər ikisi irəli sürdükləri təhdidlərdən vaz keçdilər.

İlk baxışdan elə görünə bilər ki, burada qeyri-adi heç nə yoxdur: bir-birini təhdid etdilər və qarşılıqlı şəkildə təhdidlərindən vaz keçdilər. Əslində isə bu görüş bu günə qədər müşahidə olunmamış yeni nəticə ortaya çıxardı. İndiyə qədər heç bir dövlət Birləşmiş Ştatları təhdid edərək ondan nəyisə ala bilməmişdi. Qarşısındakı dövləti təhdid etmək və ondan ciddi güzəştlər qoparmaq yalnız ABŞ-nin və Trampın edə biləcəyi üstün davranış idi.

Tramp ən ölçüsüz təhdidlər irəli sürərək körfəzin ərəb dövlətlərindən trilyonlarla dollarlıq investisiya, Avropadan Amerikanın tam xeyrinə olan ticarət anlaşması, Yaponiyadan isə ABŞ iqtisadiyyatına 500 milyard dollarlıq yatırım vədi qopara bilmişdi.


İndi həmin oyunu Trampa qarşı Si Cinpin oynadı. Üstəlik, Çin liderinin nadir metallar təhdidi Trampın rüsum və çip təhdidindən daha əvvəl irəli sürüldü. Çin ABŞ-nin “xox” oyununu mənimsədi, Birləşmiş Ştatların özünə qarşı yönəltdi və Ağ Evə qarşı, şahmat terminologiyası ilə desək, şah elan etdi. Və bu güclü gedişin qarşılığında Ağ Evin heç-heçə təklif etməkdən başqa yolu qalmadı.

Sual yaranır: Nə üçün digər dövlətlərə qarşı Trampın “xox”u işə yaradı, Çinə çatanda isə divara çırpıldı?

Burada söhbət digər liderlərin cəsarətsiz və ya risksiz olmasından getmir. Liderlərin davranışını müəyyən edən əsas faktor rəhbərlik etdikləri dövlətlərin gücüdür. Çin tarixində ilk dəfə olaraq ABŞ-yə dişini göstərdi və Ağ Evi yerində oturtdu.


Bu bir qırılma nöqtəsidir. Bu gündən sonra ABŞ-nin Çinə qarşı hər hansı təhdidi keçərli deyil. Çinin nadir torpaq metalları təhdidindən və ABŞ-nin bu təhdid qarşısında geri çəkilməsindən sonra dünya rəsmən ikiqütblü oldu.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see628

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see328

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see320

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see244

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see236

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see234

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see217

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see217

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see214

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see207

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see197

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see191

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see189

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see188

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see186

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see185

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see179

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see171

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see163

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri