Sibiqa: Ukrayna yeraltı minerallarla bağlı ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna artıq nadir torpaq metalları üzrə ABŞ ilə razılaşmaya dair öz mövqeyini hazırlayıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “Ukrinform”a şərhində bildirib.
"Ukrayna tərəfi, nəhayət, danışıqlar qrupunun tərkibini təsdiq edəcək, o, tezliklə ABŞ-nin təklif etdiyi sazişin mətninin əsaslı müzakirəsi üçün Vaşinqtona yola düşəcək. Biz artıq öz mövqeyimizi, eləcə də gələcək sazişin mətni ilə bağlı baxışımızı işləyib hazırlamışıq", – nazir deyib.
Onun sözlərinə görə, gələcək saziş qarşılıqlı faydalı olmalı, hər iki tərəfin maraqlarına cavab verməli, Ukraynanın Avropaya inteqrasiya kursuna zidd olmamalıdır

Ukrayna minerallarla bağlı razılaşmaya düzəliş etdi
22 Fevral 2025 19:52
Sibiqa: Ukrayna atəşkəslə bağlı işçi qrupu yaratmağa hazırdır
12 Mart 2025 14:58
Azərbaycan investisiyaları Ukrayna üçün vacibdir Sibiqa
25 May 2025 14:56
Ukrayna Azərbaycan üçün buna hazırdır Sibiqa
27 May 2025 04:44
Sibiqa Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi ilə görüşüb
20 Fevral 2025 16:53

