Siciliya adasında əlverişsiz hava şəraiti fəsadlar törədib
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
İtaliyanın cənubundakı Siciliya adasında aramsız leysan yağışları sel və daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, adanın şərqindəki Kataniya şəhəri və ətraf bölgələrdə küçələri, evləri və iş yerlərini su basıb. Şiddətli yağış gündəlik həyata mənfi təsir edib. Bəzi bölgələrdə nəqliyyat vasitələri sel suları altında qalıb və dənizə sürüklənib. Maddi ziyanın olduğu qeyd edilib.
Mülki müdafiə qüvvələri 80-dən çox xilasetmə əməliyyatı yerinə yetirib, köməksiz vəziyyətdə qalan onlarla insan xilas edilib. Bəzi ərazilərə 6 saat ərzində 400 millimetr yağıntı düşdüyü bildirilib. Əlverişsiz hava şəraiti səbəbindən Kataniya və Sirakuza şəhərlərində məktəblər bağlanıb.
Baxış sayı:89
Bu xəbər 14 Noyabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















