Şiddətli yağışlar başlayacaq: 10 15 gün… KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qlobal istiləşmə tropik bölgələrdə güclü fırtınaların vaxtını dəyişməklə yanaşı, onların daha dağıdıcı olmasına da səbəb ola bilər.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Nature Geoscience” (NG) jurnalında dərc olunan yeni araşdırmaya görə, iqlim dəyişikliyi tropik bölgələrdə yağışlı mövsümün başlanmasını 10-15 gün gecikdirə, eyni zamanda, fırtınaların gətirdiyi yağıntının intensivliyini 38-45 faiz artıra bilər.
Tədqiqatçılar yüksək dəqiqlikli iqlim modellərindən istifadə edərək yüzlərlə kilometr əraziyə yayılan və saatlarla davam edə bilən “orta miqyaslı konvektiv sistemləri” (MCS) araşdırıblar.
Araşdırmanın nəticələri göstərir ki, planet istiləşdikcə atmosferin daha çox enerji toplaması və qlobal hava dövranının yavaşlaması yağış mövsümünün başlanmasını gecikdirə bilər. Lakin gecikmə atmosferdə daha çox enerjinin toplanmasına səbəb olur. Nəticədə fırtınalar başladıqda daha qısa müddətdə daha güclü yağış yağması mümkündür. Alimlər yağıntının intensivliyinin bəzi ssenarilərdə 38-45 faiz arta biləcəyini hesablayıblar.
Yağıntıların daha qısa müddətdə və daha intensiv düşməsi isə qəfil daşqınların riskini artıra bilər. Bu dəyişiklik xüsusilə sıx məskunlaşmış və kənd təsərrüfatından asılı olan ərazilər üçün ciddi nəticələr yarada bilər.
Bildirilir ki, iqlim dəyişikliyinin fırtınaların mövsümi davranışına təsirinin daha yaxşı öyrənilməsi gələcəkdə erkən xəbərdarlıq sistemlərinin, kənd təsərrüfatı planlarının və su idarəçiliyi strategiyalarının yenilənməsi üçün vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Avqust 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















