Icma.az
close
up
RU
Şikayət ediblər, indi məhkəməyə gəlmirlər: Biri İstanbulda, digəri Dubayda...

Şikayət ediblər, indi məhkəməyə gəlmirlər: Biri İstanbulda, digəri Dubayda...

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın məhkəməsi yenə təxirə salınıb.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, buna səbəb zərərçəkmiş şəxslərdən ikisinin prosesə gəlməməsidir.

Həmin zərərçəkmişlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və sahibkar Yadigar İsrafilovdur. İttihamda yazılıb ki, Alışan Bəbəkin 1 milyon 300 min, Yadigarın isə 200 min dollarını ələ keçirib. Onlar Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində ifadə verib, şikayətçi olublar. Amma bu gün məhkəməyə gəlmirlər. 

Babəkin vəkilinin dediyinə görə, müvəkkili işi ilə bağlı İstanbuldadır. Bu səbəbdən əvvəlki ifadəsinin elan edilməsini istəyir.

Amma məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişin ismarışını qəbul etməyib: “Şəxs ağır cinayətdə ittiham olunur. Lakin zərərçəkmiş gəlib ifadə vermir. Biz bilmirik o, istintaq vaxtı necə danışıb. Gəlməməsi mümkün deyil. Zərərçəkmişdirsə, məhkəmədə dindirilməlidir”.

Maraqlıdır ki, adətən məhkəmədən yayınan tərəf ya şahid, ya da sərbəst mühakimə edilən müttəhim olur. Bu işdə isə vəziyyət fəqlidir. Bundan əvvəlki iclasda zərərçəkmiş Yadigar İsrafilov barəsində də məcburi gətirilmə qərarı çıxarılıb. Qərarın icrası polisə həvalə edilib. Deyilənə görə, Y.İsrafilov hazırda Dubaydadır.

Zərərçəkmişlərdən yalnız Zeynal Usubov məhkəmədə dindirilib. İstintaq materiallarına əsasən, Zeynal bu işdə 545 min dollar itirib. 

Proses 24 apreldə davam edəcək. 

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see175

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri