Icma.az
close
up
RU
Silah buraxıldı, təşkilat bitdimi? ANALİZ

Silah buraxıldı, təşkilat bitdimi? ANALİZ

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PKK-nın arxasındakı ölkələrin ləğvetmə qərarının praktiki icrasına maneələr yaradacağı ehtimal olunur


Türkiyə, ABŞ, Avropa İttifaqı və digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan PKK və ya Kürdüstan Fəhlə Partiyası mayın 12-də özünü buraxdığını elan etdi. Bu qərar terror təşkilatının həbsdəki qurucusu Abdullah Öcalanın 27 fevral 2025-ci il tarixdə öz tərəfdarlarına ünvanladığı yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı əsasında verildi. Öcalanın adından yayılan müraciətdə “Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm” deyilirdi. Ardınca 1 mart 2025-ci ildə PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqladı və Öcalanın çağırışına cavab verərək qurultay keçirməyə hazır olduğunu bildirdi. Həm ayrı-ayrı rəsmi şəxslər, həm də siyasi ekspertlər bölgədəki geosiyasi vəziyyəti dəyişib 40 ildən artıq davam edən silahlı münaqişənin sona çatması, bölgədə sülhün bərqərar olmasına yön verəcək bu qərarı “tarixi an” adlandırırlar. Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən bölgədə "özünüidarə" qurmaq məqsədilə Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, törətdiyi hücumlar, terror aktları nəticəsində 40 mindən çox insanın ölümünə səbəb olan təşkilatın bu qərarının bölgədə vəziyyəti hansı yöndə dəyişəcəyi bütün dünyanın diqqətindədir. Rəsmi Ankaradan da bəyanatla bağlı açıqlamalar verilib. Prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanda açıqlamalarında PKK-nın özünü buraxma qərarının “Terrorsuz Türkiyə” prosesi üçün mühüm addım kimi qiymətləndiriblər. Bəzi ekspertlərə görə, bu, təşkilat tarixində nadir görülən bəyanat olsa da, keçmişdə atəşkəs və danışıqlar prosesi çərçivəsində oxşar açıqlamaların verildiyi, lakin nəticə vermədiyi də unudulmamalıdır. Məhz o səbəbdən həm Türkiyə mətbuatında, həm də təhlükəsizlik dairələrində mövzu ciddi şəkildə müzakirə olunur. Görünən odur ki, Ankara da PKK-nın hər hansı bəyanatına və dəyişiklik cəhdlərinə ehtiyatla yanaşır. Türkiyə üçün əsas məsələ yalnız bəyanatın verilməsi deyil, onun praktik nəticələridir. Yəni təşkilatın silahı buraxması, sərhədyanı bölgələrdəki varlığına son qoyması və əlaqəli qrupların da bu qərara tabe olması çox vacibdir. Xüsusilə Suriyanın şimalında fəaliyyət göstərən YPG və digər strukturların gələcək mövqeyi diqqətlə izlənir. PKK-nın özünü buraxdığını açıqlaması ümidverici başlanğıc sayılsa da, bəyanatın reallaşması üçün zaman lazımdır. Qeyd edək ki, PKK terror təşkilatı 1984-cü ildən bu yana həm Türkiyədə, həm də ümumilikdə bölgədə minlərlə günahsız insanın həyatına son qoyub. Silahlı hücumlar, xain pusqular, mina tələləri, intihar hücumları ilə bölgədə sabitliyə və birlik çağırışlarına qarşı çıxış edib. Təşkilat təkcə hərbi hədəflərlə kifayətlənməyib, məktəbləri, xəstəxanaları, mülki nəqliyyat vasitələrini də hədəf alıb. Gəncləri zorla silahlandırması və kəndlərdə məcburi köçlərə səbəb olması da beynəlxalq insan hüquqları təşkilatları tərəfindən dəfələrlə tənqid olunub. PKK-nın fəaliyyəti həm regionda, həm də beynəlxalq miqyasda terrorizmin açıq nümunəsi kimi tanınıb. 


Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, PKK-nın rəsmən özünü ləğv etməsini Türkiyənin 40 ildən artıqdır davam edən terror probleminin həlli istiqamətində sonun başlanğıcı mərhələsinə keçid kimi qiymətləndirmək olar. Ekspertin fikrincə, burada üç nəticə xüsusilə önəmlidir: 

seeBaxış sayı:194
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 May 2025 05:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri