Icma.az
close
up
RU
Silinən piyada zolaqları Məktəblilər üçün TƏHLÜKƏ böyüyür FOTO

Silinən piyada zolaqları Məktəblilər üçün TƏHLÜKƏ böyüyür FOTO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yollarda piyada zolaqlarının silinməsi halları ilə tez-tez rastlaşırıq. Xüsusən nəqliyyatın intensiv olduğu magistral yollarda belə hallara təsadüf edilir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə olan halda yalnız nişanların olması sürücülərə kifayət etmir.
Bütün bu kimi hallar isə piyadaların hərəkətində çətinlik yaradır.
Xüsusilə də məktəblərin ətrafındakı yollarda piyada zolaqlarının silinməsi şagirdlər, onların arxasınca gələn valideynləri üçün təhlükə yaradır, hərəkətini çətinləşdirir. Avtomobil yollarında yol örtüyündəki piyada zolaqlarının tez silinməsi bəzən isə ümumiyyətlə görünməməsi bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur.
Bəs sözügedən problemi necə həll etmək olar? Niyə bu zolaqlar vaxtında rənglənmir? 
Belə təhlükə mənbəyinə çevrilən avtomobil yollarından biri Zaqatala şəhər 4 nömrəli məktəbin qarşısından keçir. Yevlax- Zaqatala-Gürcüstan magistralı bu təhsil ocağının bir addmlığında yerləşir.
 

Qəsəbə sakini Məhəmməd Haqverdiyevin sözlərinə görə ərazidə piyada zolağı bir neçə aydır ki, görünməz olub. Ümumiyyətlə, magistralın Zaqatala şəhər ərazisindən keçən hissəsində bir neçə yerdə belə zolaqlar var və onlardan ikisi məktəblərin və xəstəxananın yaxınlığındadır. Yəni əhalinin intensiv hərəkət etdiyi, istifadə edilən piyada zolaqlarıdır. “Təəsüf ki, yolda tanıdığıcı nişanlar olmasına baxmayaraq sürücülərin əksəriyyəti məhəl qoymur. Dərsdən çıxan uşaqlar bəzən zolaqda xeyli dayanıb yolun tamam boşalmasını gözləyir” deyən sakin məsələnin tezliklə həll olunmasını istəyir.


Piyada keçidindən gün ərzində bir neçə dəfə istifadə edənlərdən biri də Tahirə Atayevadır. Valideyn bildirir ki, nəvələrinin arxasınca məktəbə gəlir. “Keçid bilinmir, xətlər itib” deyən qadın nəqliyyat vasitələrinin sürücülərinin yolda nişanlara, qaydalara məhəl qoymadığını bildirir.
Məktəbdən iki uşağı ilə çıxan daha bir valideynə yaxınlaşırıq. Gənc qadının sözlərinə görə onun özü yoldan keçərkən ehtiyat edir, hələ qala bu yolu balacalar keçsin. 
4 nömrəli məktəbin müxtəlif siniflərində təhsil alan şagirdlər də magistral kənarında hərəkət edən nəqliyyat vasitələrinin hərəkət qaydalarına əməl etmədiklərini, təhlükəli anların tez-tez baş verdiyini bildirirlər.
Sakinlərin eləcə də məktəblilərin rəngi solan yaxud silinən piyada keçidləri ilə bağlı iradlarını AYNA rəsmilərinin diqqətinə çatdırdıq. Bildirildi ki, ölkə ərazisində olduğu kimi bu bölgədə də yol nişanlarının yenilənməsi işləri mütəmadi davam etdirilir.  Plan üzrə bu işlər Zaqatalada da həyata keçiriləcək. Sürücülərə tövsiyyə olunur ki, yaşayış məntəqələrinin ərazilərində yol hərəkət qaydalarına əməl etsələr, piyadalar üçün təhlükələr aradan qalxar. 





Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri