Icma.az
close
up
RU
Silk Way Group və dnata Azərbaycanda yeni aviasiya xidmətləri mərkəzini yaratmaq üçün strateji əməkdaşlığa başlayır

Silk Way Group və dnata Azərbaycanda yeni aviasiya xidmətləri mərkəzini yaratmaq üçün strateji əməkdaşlığa başlayır

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın aparıcı özəl aviasiya və logistika şirkətlər qrupu olan Silk Way Group hava və səyahət xidmətləri sahəsində dünya lideri kimi tanınan dnata şirkəti ilə Bakının Ələt Azad İqtisadi Zonasında yerləşən yeni Ələt Beynəlxalq Hava Limanında yerüstü xidmətlər və yükdaşıma əməliyyatlarının aparılması məqsədilə müştərək müəssisənin yaradılması barədə müqavilə imzalayıb.

Birgə müəssisənin fəaliyyəti 2027-ci ilin aprelində yeni terminalın açılışı ilə başlayacaq və bu, Azərbaycanın aviasiya və logistika sahələrinin gələcəyinə mühüm sərmayə olacaq. Layihə dnata-nın beynəlxalq təcrübəsini Silk Way Group-un yerli bazardakı liderliyi ilə birləşdirərək ölkədə aviasiya xidmətlərinin tam spektrini təqdim edəcək.

Ələt Beynəlxalq Hava Limanının müasir logistika infrastrukturu ildə 500 000 tondan çox yükün emalını təmin edəcək, növbəti onillikdə isə illik 5% artım proqnozlaşdırılır. 

Birgə müəssisə ilkin mərhələdə yük daşımaları və yerüstü xidmətlərə fokuslanacaq, daha sonra fəaliyyət sahəsini genişləndirərək keyterinq, ekspedisiya, buzdan təmizləmə və digər xidmətləri də əhatə edəcək. Məqsəd - hava yolları və aeroport müştəriləri üçün "bir pəncərə" prinsipi ilə dünya səviyyəsində səmərəlilik və xidmət standartları təqdim edən kompleks xidmət mərkəzi yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycanın aviasiya sektorunda uzunmüddətli imkanlar yaratmaq üçün bacarıqların inkişafı və təlimlərə sərmayə qoyuluşu ilə 1000-dən artıq yerli iş yerlərinin açılacağı gözlənilir. 
dnata uzun illərdir Silk Way Group-un etibarlı tərəfdaşıdır və hazırda beş ölkədə Silk Way West Airlines üçün müxtəlif aviaxidmətlər göstərərək ildə 1150 reys və 85000 ton yük emal edir. 

dnata-nın baş icraçı direktoru Stiv Allen bildirib: "Silk Way Group ilə birgə müəssisəmiz dnata-nın qlobal fəaliyyət dairəsini genişləndirmək və Qafqaz regionunun sürətli inkişafını dəstəkləmək istiqamətində mühüm addımdır. Bakıda inşa edilən yeni hava limanı regionun yük axınları üçün əsas logistika mərkəzinə çevriləcək və bizim sərmayəmiz aviaşirkətlərə və logistika tərəfdaşlarına ilk gündən etibarən təhlükəsiz, keyfiyyətli və etibarlı xidmətlər təqdim etməyə imkan verəcək.

Əməliyyat mükəmməlliyindən əlavə, bu əməkdaşlıq yüksək potensiala malik bazarlarda inteqrə olunmuş aviasiya həlləri təqdim etmək üzrə uzunmüddətli strategiyamızı əks etdirir. Biz Silk Way Group ilə uğurlu əməkdaşlığımızı davam etdirməyi və Azərbaycanın aviasiya, logistika, biznes və icmalarının inkişafına dəstək verməyi səbirsizliklə gözləyirik".

Öz növbəsində Silk Way Group-un prezidenti Zaur Axundov bildirib:

"dnata ilə tərəfdaşlığımız Azərbaycanın aviasiya sənayesinin inkişafında yeni bir mərhələni açır. Biz birlikdə Ələt Azad İqtisadi Zonasını qlobal aviasiya və logistika şəbəkəsi ilə birləşdirəcək müasir ekosistemi formalaşdırırıq. Bu birgə müəssisə təkcə infrastruktur layihəsinə deyil, həm də insanlara edilən sərmayədir - yeni iş yerləri yaradılır, peşə bacarıqları inkişaf etdirilir və davamlı inkişaf üçün möhkəm təməl qoyulur. Ələt Beynəlxalq Hava Limanında aviasiya xidmətlərinin açılması Azərbaycanın aparıcı regional mərkəzə çevrilməsi məqsədimizə doğru strateji addımdır". 

Ələt Azad İqtisadi Zonasında yerləşən Ələt Beynəlxalq Hava Limanına 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı və taksi yolu, həmçinin hava hərəkətini idarəetmə mərkəzi daxil olacaq. Layihə ölkənin nəqliyyat imkanlarını artırmaq və ətraf regionun hərtərəfli iqtisadi inkişafını stimullaşdırmaq üçün nəzərdə tutulub.

2027-ci ildə tamamlandıqdan sonra daha geniş Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə əsas tranzit mərkəzlərindən birinə çevriləcək. Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa çıxışdan, həmçinin geniş dəmir və avtomobil yolları şəbəkələrindən faydalanaraq Azərbaycanın nəqliyyat və paylama potensialını əhəmiyyətli dərəcədə artıracaq. 

dnata haqqında  

dnata - dünyanın aparıcı avia və səyahət xidmətləri təminatçılarından biridir. 1959-cu ildə təsis edilən şirkət altı qitənin 30-dan çox ölkəsində keyfiyyətli və təhlükəsiz yerüstü xidmətlər, yükdaşıma, səyahət, iaşə və pərakəndə satış xidmətləri təklif edir. 2024-2025-ci maliyyə ilində dnata şirkətinin müştəri yönümlü komandaları təyyarələrə 794 mindən çox yerüstü xidmət göstərib, 3,1 milyon ton yük emal edib, 114 milyon yemək payı tədarük olunub və 2,6 milyard ABŞ dolları dəyərində ümumi səyahət xidmətləri tranzaksiyası həyata keçirilib.

"dnata" şirkəti haqqında daha ətraflı məlumat üçün dnata.com internet səhifəsinə daxil ola bilərsiniz. Mətbuat sorğuları üçün isə [email protected]  saytına müraciət edin.

Silk Way Group haqqında 

Əsası 2006-cı ildə qoyulan və baş ofisi Bakıda yerləşən Silk Way Group Azərbaycanın aparıcı özəl aviasiya və logistika müəssisələrindən biridir. Şərqlə Qərbin kəsişməsində yerləşən strateji mövqeyi sayəsində Qrup qlobal yükdaşıma əlaqələrində və ölkənin aviasiya infrastrukturunun inkişafında mühüm rol oynayır.

Silk Way West Airlines, Silk Way Airlines, Silk Way Technics və Silk Way AFEZCO şirkətlərini birləşdirən Qrup ən yüksək beynəlxalq standartlara cavab verən hava yolu ilə yükdaşıma, texniki xidmət və logistika üzrə geniş həllər təqdim edir.

Silk Way Group hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ) yeni hava limanı və logistika mərkəzinin tikintisi ilə hava daşımalarının gələcəyini müəyyən edir. Bu, Azərbaycanın qlobal ticarətdə əsas oyunçu kimi rolunu artıracaq dayanıqlı, texnologiyaya əsaslanan bir layihədir.

1700-dən artıq peşəkar əməkdaşı ilə təhlükəsizlik, innovasiya və dayanıqlılığa diqqət yetirən Silk Way Group qitələri birləşdirməyə və bütün dünyada hava yolu ilə yükdaşımada yeni imkanlar yaratmağa davam edir.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see178

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see155

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see153

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see139

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see124

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see120

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see120

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri