Icma.az
close
up
RU
SİMA ilə mənzil almaq niyə mümkün deyil? Araşdırma

SİMA ilə mənzil almaq niyə mümkün deyil? Araşdırma

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda bir çox özəl və dövlət xidmətlərinin elektron sistemlərinə giriş üçün SİMA yeni nəsil rəqəmsal imzadan istifadə edilir.

“APA-Economics” xəbər verir ki, SİMA ilə təkcə “Digital Login” vahid giriş sistemi üzərindən dövlət qurumlarının 150-dən çox elektron xidmətinə giriş mümkündür.

Bu həll istifadəçilərə giriş imkanı ilə yanaşı, sənədlərin təhlükəsiz şəkildə imzalanmasını da təmin edir. SİMA ilə hazırda məhkəmə, notariat, vergi, gömrük, təhsil, əmlak kimi bir çox sektorlarda dövlət qurumlarının rəqəmsal xidmətlərini əldə etmək olur.

Bəs daşınmaz əmlak alqı-satqısında necə, SİMA-dan istifadə edilə bilərmi?

Azərbaycanda gələn ildən “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin istifadəyə verilməsi gözlənilir.

Bu elektron sistemə əsasən, ölkədə daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində bütün növ əməliyyatlar tam elektronlaşdırılacaq. Eyni zamanda çoxmənzilli yaşayış binasının tikintisinə icazə alındığı andan etibarən həmin binanın xüsusi bir imitasiyası portalda qeyd olunacaq. Hər bir mənzil ancaq elektron portal vasitəsilə alqı-satqı oluna biləcək. Bir şəxsə mənzil satıldıqdan sonra həmin mənzil bloklanacaq və ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək. Eləcə də mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun olaraq hesablanması, ödənişlərin elektron hökumət portalı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Elektron portala SİMA ilə giriş olacaqmı?

Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, sözügedən elektron sistemə girişin “Digital Login” vahid giriş sistemi üzərindən olacağı nəzərdə tutulub:

“Konkret olaraq məhz SİMA ilə bağlı hələ ki, hansısa bir təsdiq yoxdur. Amma gələcəkdə bu tətbiqdən də istifadə mümkün ola bilər”.

“AzInTelecom” MMC-dən bildirilib ki, hazırda daşınmaz əmlak alqı-satqısı ilə bağlı hazırlanan yeni elektron platforma çərçivəsində SİMA rəqəmsal imzasının inteqrasiyası mövcud deyil:

“Lakin rəqəmsal həllər sahəsində davamlı inkişafı nəzərə alaraq gələcəkdə bu istiqamətdə əməkdaşlıq imkanları və inteqrasiya ehtiyacları dəyərləndirilə bilər”.

Azərbaycanda daşınmaz əmlakın, xüsusilə də mənzillərin alqı-satqısında ipoteka kreditləşməsi xüsusi yer tutur. Bu ilin yanvar-oktyabr aylarında ölkədə 62 671 ipoteka müqaviləsi qeydiyyata alınıb.

İpoteka ilə mənzil seçimində SİMA-dan istifadə niyə mümkün deyil?

“AzInTelecom” MMC-dən verilən məlumata görə, SİMA yeni nəsil rəqəmsal imzanın İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) məxsus “Elektron ipoteka və kredit zəmanət sistemi”nə inteqrasiyası üçün 2023-cü ildə işlərə start verilib:

“2024-cü ilin əvvəlində “AzInTelecom” MMC-dən asılı olan bütün texniki və hüquqi işlər tamamlanaraq İKZF-yə müraciət edilib. Sistemdə elektron kabinet yaradılması zamanı “SİMA İmza”dan istifadə imkanının yaradılması üçün İKZF tərəfindən müvafiq addımların atılması gözlənilir. Onu da qeyd edək ki, “SİMA İmza” biometiya əsaslı rəqəmsal həldir. Elektron xidmətlərə əlçatanlığı artırmaq istəyən hər bir qurum SİMA rəqəmsal imzanı öz daxili sisteminə rahatlıqla inteqrasiya edə bilər”.

İpoteka və Kredit Zəmanət Fondundan isə verilən məlumatda qeyd edilib ki, Fondun təqdim etdiyi xidmətlərdən faydalanmaq üçün ilk növbədə vətəndaşlardan elektron imza əldə edilməsi tələb olunur:

“Hazırda sistemdə vətəndaşlar tərəfindən elektron kabinetin formalaşdırılması və aidiyyəti üzrə müraciətin göndərilməsi üçün E-imza və Asan imzanın əldə olunması tələb olunur. Elektron imzanın tətbiqi nəticəsində əməliyyatların şəffaf, dəqiq və təhlükəsiz qaydada həyata keçirilməsi təmin edilib. Hazırda EİKZS-də 100 mindən çox vətəndaşın elektron kabineti mövcuddur. Gələcəkdə zərurət yaranarsa digər yeni nəsil elektron imzalardan istifadə məsələsi də nəzərdən keçirilə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri