Icma.az
close
up
RU
Qəzza atəşkəsi sınaq qarşısında: Yardım azaldıldı, Rəfah sərhədi açılmadı

Qəzza atəşkəsi sınaq qarşısında: Yardım azaldıldı, Rəfah sərhədi açılmadı

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qəzzada kövrək atəşkəs ilk ciddi sınağını yaşadı. İsrail yardım axınını yarıya endirəcəyini və Misirlə sərhəddəki Rəfah keçidinin planlaşdırıldığı kimi açılmayacağını bildirib. İsrail bu addımını HƏMAS-ı girovların cəsədlərinin qaytarılmasını gecikdirməkdə ittiham edərək əsaslandırır.

Bizimyol.info xəbər verir ki, çərşənbə axşamı HƏMAS Beynəlxalq Qırmızı Xaç Komitəsinə daha dörd girovun cəsədini təhvil verdi. Beləliklə, ABŞ vasitəçiliyi ilə əldə olunan atəşkəsdən bəri təhvil verilən cəsədlərin sayı səkkizə çatdı. Hələ də 20 nəfərin aqibəti bilinmir. HƏMAS bəzi dəfn yerlərinin müəyyən edilmədiyini bildirərək çətinliklərlə üzləşdiklərini açıqlayıb.

Qırmızı Xaç cəsədlərin çıxarılmasının “böyük çətinlik” olduğunu və bu prosesin günlər, hətta həftələr çəkə biləcəyini bildirib. İsrail isə HƏMAS-ı bilərəkdən prosesi ləngitməkdə ittiham edib və buna cavab olaraq Qəzzaya daxil olan yardım maşınlarının sayını gündə 300-ə endirib, həmçinin Rəfah keçidinin açılmasını təxirə salıb. Bu addımlar Donald Trampın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirilir.

Sözügedən razılaşma çərçivəsində HƏMAS 20 sağ girovu azad edib, İsrail isə 2000-ə yaxın fələstinlini həbsdən buraxıb və Qəzzadan qismən geri çəkilib. Planın növbəti mərhələsi isə daha risklidir və sabit sülhə aparacaq yolun müəyyən olunmasını nəzərdə tutur.

Tel-Əvivdə keçirilən mitinqdə 400 min insan iştirak edib. Mitinqdə girov ailələri, ABŞ nümayəndələri – Stiv Vitkoff, Kared Kuşner və İvanka Tramp çıxış ediblər. Onlar bu mitinqin sonuncu olacağına və qalan girovların tezliklə azad ediləcəyinə ümid etdiklərini bildiriblər.

Donald Tramp isə sosial mediada HƏMAS-ı cəsədləri dərhal qaytarmağa çağırıb: “İş bitməyib. Ölülər hələ qaytarılmayıb. İkinci mərhələ indi başlayır!”, - deyib.

Bu arada, çərşənbə axşamı Qəzzada atəşkəsə baxmayaraq toqquşmalar qeydə alınıb. İsrail ordusu bəzi bölgələrdən geri çəkilsə də, hələ də Qəzzanın yarıdan çoxuna nəzarət edir. Qəzza şəhərində və Xan Yunis yaxınlığında pilotsuz uçuş aparatlarının hücumu nəticəsində altı mülki şəxs həyatını itirib.

HƏMAS nümayəndəsi Hazem Qassem atəşkəsin pozulduğunu və İsrailin öhdəliklərindən yayınmağa çalışdığını bildirib. Digər tərəfdən, HƏMAS küçələrdə silahlı döyüşçüləri yerləşdirərək öz nəzarətini bərpa etməyə çalışır.

Donald Tramp HƏMAS-ın müvəqqəti nəzarətini qəbul etsə də, İsrail rəsmiləri qrupun tam şəkildə silahsızlaşdırılmasını tələb edir. Tramp isə bildirib ki, əgər HƏMAS silahlarını yerə qoymasa, bunu zorla həyata keçirəcəklər.

Rəfah keçidinin açılmaması yardım təşkilatlarının narahatlığına səbəb olub. BMT-nin məlumatına görə, şənbə günü müəyyən miqdarda yardım daxil olsa da, bazar ertəsi və çərşənbə axşamı yardım çatdırılmayıb.

Eyni zamanda, İsrail 45 fələstinli məhbusun cəsədini Qəzzaya qaytarıb. Razılaşmaya əsasən, İsrail həmçinin öz nəzarətində vəfat edən fələstinlilər barədə məlumat verməlidir.

Diqqət indi Qəzzada keçid hökuməti və beynəlxalq sabitləşdirmə qüvvəsinin yaradılmasına yönəlib. “Sülh şurası” adlanan qurum Donald Trampın rəhbərliyi altında, mümkün olaraq sabiq Britaniya baş naziri Toni Bleyerin iştirakı ilə fəaliyyət göstərəcək.

Misir XİN rəhbəri Bədr Əbdəlatti bildirib ki, Qəzzanı idarə etmək üçün 15 fələstinli texnokrat seçilib, bu şəxslər HƏMAS daxil olmaqla bütün fraksiyalar tərəfindən razılaşdırılıb və İsrail tərəfindən yoxlanılıb.

BMT, Aİ və Dünya Bankının birgə qiymətləndirməsinə görə, Qəzzanın bərpası 70 milyard dollar təşkil edəcək. BMT nümayəndəsi Yakko Silliers bildirib ki, Qəzzadakı dağıntıların həcmi 55 milyon ton təşkil edir – bu da Qizədəki 13 piramidaya bərabərdir.

İlkin mərhələdə 20 milyard dolların lazım olacağı, qalan hissənin isə onilliklər ərzində sərf ediləcəyi qeyd olunub.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri