Şimal qərb bölgəsinə yağan güclü qar elektrik enerjisinin verilməsində fasilə yaradıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Şimal-qərb bölgəsinə yağan güclü qar bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaradıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, fevralın 19-u axşam saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində hava şəraiti kəskin dəyişib, intensiv qar yağır.
Fevralın 20-i axşam saatlarından başlayaraq bölgədə qarın yağması daha da güclənib. Güclü qar səbəbindən bölgənin Zaqatala, Qax və Balakən rayonlarının bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilə yardıb. Bəzi yollarda güclü qar səbəbindən avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Hazırda rayonların müvafiq idarə və təşkilat nümayəndələri ərazilərə ezam olunub, fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 21 Fevral 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















