“Şimali Kipr Türk Cümhuriyyəti Azərbaycanla əlaqələrini hər gün inkişaf etdirir”
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
“Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə və Azərbaycanla əlaqələrini hər gün inkişaf etdirir”.
Missiya.Az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısı ilə bağlı jurnalistlərə açıqlama verərəkən deyib.
Onun sözlərinə görə, “bir millət, üç dövlət" anlayışı getdikcə genişlənir.
“Azərbaycanın Şimali Kipr Türk Cumhuriyyətinə olan marağı, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra həm orada, həm də Şimali Kiprdə bu anlayışı gücləndirdi. Biz təkcə Azərbaycanla deyil, birliyə üzv olan digər dövlətlərlə də əlaqələrimizi daha da inkişaf etdirməyə çalışırıq", - deyə Tatar vurğulayıb.
Qeyd edək ki, Ersin Tatar oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısında iştirak etmək üçün bu gün Azərbaycana səfər edəcək.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 06 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















