Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

“Şimali Kipr Azərbaycanla investisiya əlaqələrini daha da möhkəmləndirəcəyinə ümid edir”

“Şimali Kipr Azərbaycanla investisiya əlaqələrini daha da möhkəmləndirəcəyinə ümid edir”

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Şimali Kipr Türk Respublikası Azərbaycanla, xüsusilə iqtisadiyyat və investisiyalar sahəsində əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Şimali Kiprin Prezidenti Ersin Tatar Bakıya səfəri çərçivəsində Trend-ə verdiyi özəl müsahibəsində bildirib.

E.Tatar qarşıdan gələn İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Azərbaycanın Xankəndi şəhərində keçiriləcək sammitindən danışaraq, respublikanın bu təşkilatda layiqli yer tutmasından məmnunluq ifadə edib.

“Bu məsələni sammitdə xüsusi vurğulayacağam”, – deyə o bildirib.

Prezident qeyd edib ki, təşkilatda böyük ölkələr təmsil olunur:

“Təşkilata türk dövlətlərlə yanaşı, İran, Pakistan, Tacikistan və Əfqanıstan da daxildir. Bu, 800 milyondan çox əhalisi olan təxminən bir milyard nəfəri əhatə edən nəhəng bir təşkilatdır. Şimali Kiprin əhalisi nisbətən az olsa da, ölkəmizin geosiyasi əhəmiyyəti böyükdür. Bizim Şərqi Aralıq dənizində limanlarımız və hava məkanında hüquqlarımız var. Regiona aid olan istisna iqtisadi zonalar, ərazi suları və kontinental şelf kimi kritik yurisdiksiya sahələrində Şimali Kiprin qanuni hüquqları mövcuddur. Əfqanıstan, Qazaxıstan, Qafqaz, Anadolu və Şərqi Aralıq dənizini nəzərə alsaq, Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatının coğrafi tərkibini tamamlayır. Biz Aralıq dənizinin ən cənub nöqtəsində, strateji əhəmiyyətli bir adada yerləşirik”, – deyə o əlavə edib.

Bu kontekstdə o, Şimali Kiprin təşkilat üçün mühüm tərkib hissəsi olduğunu bildirib.

“Avropa İttifaqı 500 milyon əhalisi olan 27 üzv dövlətdən ibarətdir. Onlar 750 min əhalisi olan Cənubi Kipri üzv qəbul ediblər. Bizim əhalimiz 500 mindir. Üstəlik, Cənubi Kipr Yunanıstandan 1000–1600 km məsafədə yerləşir, biz isə Türkiyədən cəmi 60 km uzaqdayıq. Türkiyə həm İqtisadi Əməkdaşlıq Təşkilatında, həm də Türk Dövlətləri Təşkilatında ən böyük dövlətdir və bizə ən yaxın olan ölkədir. Bu baxımdan, bizim bu təşkilatlarda təmsil olunmağımız və fəal iştirakımız tamamilə təbii və haqlıdır. Əgər əhalinin sayı əsas meyar deyilsə, coğrafiya və suverenlik önəmlidirsə, o zaman bizim bu təşkilatlara üzv olmağımız daha çox əsaslıdır. Avropa İttifaqı Cənubi Kipri üzv qəbul etmək üçün böyük səylər göstərib. Bizim halımızda isə bu daha təbiidir, çünki biz strateji mövqedə yerləşirik və tarixi bağlarımız var”, – deyə Ersin Tatar bildirib.

Prezident əlavə edib ki, Şimali Kipr türk dövlətlərlə səmimi münasibətlərə malikdir.

“Biz Türk Dövlətləri Təşkilatında müşahidəçi statusundayıq, lakin bir çox iclaslarında iştirak edirik. Azərbaycanla münasibətlərimiz isə xüsusi xarakter daşıyır. Prezident İlham Əliyev bizimlə görüşlərdə hər zaman dəstəyini ifadə edib.

Mən ürəkdən ümid edirəm ki, Azərbaycanla münasibətlərimiz xüsusilə iqtisadi və investisiya sahəsində daha da güclənəcək. Biz özümüzü bir millət, üç dövlət kimi görürük. Necə ki Azərbaycan və Türkiyə bizim üçün əhəmiyyətlidir, bu torpaqlardakı qardaşlarımız da bizim üçün o qədər önəmlidir. Bu, bizim üçün sadə bir həqiqətdir: bir millət – üç dövlət. Bu üç dövləti birləşdirən əlaqə xüsusi və möhkəmdir. Bu da bizim kim olduğumuzu əks etdirir”, – deyə o vurğulayıb.

Ersin Tatar qeyd edib ki, bu gün Şimali Kiprdə turizm sahəsində böyük sərmayəçilər fəaliyyət göstərir.

“Türkiyənin aparıcı otel sahiblərindən bəziləri Şimali Kiprdə 500 nəfərlik otellər inşa ediblər və investisiyalarını davam etdirirlər. Onlar bu sahədə potensial görürlər. Əgər yaxın gələcəkdə şərtlər yaxşılaşsa, çarter reysləri vasitəsilə dünyanın müxtəlif yerlərindən turistlər Şimali Kiprə gələ bilər.

İlk addım olaraq hüquqi mexanizmlər çərçivəsində, xüsusilə çarter reysləri ilə birbaşa uçuş məsələsinin həlli vacibdir. Yalnız bu addım belə, böyük rifah gətirə bilər. Buna görə turizm Şimali Kipr üçün olduqca mühüm əhəmiyyətə malikdir”, – deyə o bildirib.

Prezidentin sözlərinə görə, Şimali Kiprdə müxtəlif fakültələrə malik 20-yə yaxın universitet fəaliyyət göstərir.

“Türk-Kipr icması Türkiyədən gələn, bəziləri artıq təqaüddə olan professorlardan və həmçinin Böyük Britaniyadan və digər ölkələrdən təhsil almış müəllimlərdən təhsil alır. Yaxın gələcəkdə Şimali Kipr həqiqətən də cazibədar bir təhsil mərkəzinə çevrilə bilər”, – deyə o vurğulayıb.

Ersin Tatar onu da əlavə edib ki, Türkiyədən başqa, Azərbaycandan da daha çox qonağın Şimali Kiprə gəlməsini arzulayır.

“Burada böyük potensial var. Bir çox azərbaycanlı Türkiyəyə səfər edir və Türkiyənin Şimali Kiprə yaxınlığını nəzərə alsaq, onlara buraya gəlmək çox rahatdır. Məsələn, eşitmişəm ki, hazırda Azərbaycandan Adanaya birbaşa uçuşlar var. Oradan, hətta transfer olmadan belə uçmaq mümkündür. Kipr Adanadan cəmi 20 dəqiqəlik məsafədədir”, – deyə o qeyd edib.

Sonda Ersin Tatar bildirib ki, Şimali Kipr Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl işləyir.

“Şimali Kiprdə artıq çoxlu sayda azərbaycanlı yaşayır. Mən onların toy və yas mərasimlərində, dini toplantılarında iştirak edirəm. Azərbaycanın nə qədər güclü və potensiala malik olduğunu yaxşı bilirəm. Hər səfərimdə azərbaycanlıların bizə səmimi münasibətini görürəm. Ona görə də Azərbaycanla yaxşı münasibətlərin qorunub saxlanılması son dərəcə vacibdir. Azərbaycan güclü dövlətdir. Bu gün o, böyük miqdarda neft və qaz hasil edib ixrac edir. Azərbaycan Türk-Kipr xalqının qəlbində xüsusi yer tutur. Qarabağ müharibəsi zamanı Türk-Kipr icması hadisələri böyük həyəcanla izləyirdi və nəticədən çox sevindik.

Lakin gələcəkdə ayıq-sayıq olmaq vacibdir. Heç nə daimi deyil, hər şey dəyişə bilər, yeni hadisələr baş verə bilər. Buna görə də bu məsələləri sonadək diqqətlə izləməli, bizə aid olanı qorumağı bacarmalı, gərgin vəziyyətlər yaranarsa, müdaxilə etməyə hazır olmalıyıq”, – deyə o bildirib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 İyul 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see12486

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see714

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see270

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see240

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see203

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see170

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see155

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see151

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see134

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see132

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see132

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see131

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see129

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see127

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see127

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see126

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see125

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri