Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Şimali Kipr Türk Cümhuriyyətinin bu toplantılarda iştirakı onun dövlət statusunun tanınması kimi qəbul edilə bilər

Şimali Kipr Türk Cümhuriyyətinin bu toplantılarda iştirakı onun dövlət statusunun tanınması kimi qəbul edilə bilər

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Tarixdəki bir çox geosiyasi məsələlər kimi, Kipr probleminin də mürəkkəb tarixi var. Yeddi illik Osmanlı hökmranlığından sonra ada 1878-ci ildə İngiltərənin protektoratına çevrildi. O vaxtlar adada yunanlar və türklər dağınıq qruplar halında yaşayırdılar. 1950-ci illərdə Kiprin Yunanıstana birləşdirilməsi üçün təşkil edilən EOKA partizan hərəkatı güclənirdi. Zorakılıq artmışdı. Türkiyə tərəfi “Ya bölün, ya ölüm” şüarı ilə adanın bir hissəsinin Türkiyəyə birləşdirilməsini tələb edib.

1960-cı ildə adada hər iki xalqın bərabərliyi əsasında qurulan Kipr Respublikası İngiltərə, Türkiyə və Yunanıstanın qarantiyası altında quruldu. Lakin adada çoxluq təşkil edən Kipr Rum icması bu nəticədən narazı idi. Onlar türklərin bərabər hüquqlu olmasına qarşı çıxdılar. 1963-cü ildə türklərə verilən hüquqlar prezident Makarios tərəfindən ləğv edildi və Yunanıstanla birlik söhbəti Kipr Rum icmasında yenidən yüksəlməyə başladı. Bu dövrdə qarşılıqlı zorakılıq pik həddə çatıb.

1974-cü il iyulun 15-də adada çevriliş baş verdi. Çevriliş Kipri Yunanıstana birləşdirmək istəyən Yunan hərbi xuntasının dəstəklədiyi EOKA lideri Nikos Sampson tərəfindən həyata keçirilib. Bu hadisə adanın taleyini bəlkə də dönməz şəkildə dəyişdi.

Beş gün sonra Türkiyə ada türklərinin təhlükəsizliyini əsas gətirərək hərbi əməliyyata başladı və əməliyyatın sonunda adanın 37%-i Türkiyənin nəzarətinə keçdi. Daha sonra Türkiyənin nəzarətində olan ərazi 1983-cü ildə müstəqilliyini elan etdi. Lakin “Şimali Kipr Türk Cümhuriyyəti” elan edilən bu dövlətin tanınması ilə bağlı problemlər bu gün də davam edir.

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçiriləcək. Görüşün əsas mövzusu “Regional sülh və təhlükəsizlik” olacaq. Tədbirə TDT-nin üzv və müşahidəçi dövlətlərinin dövlət və hökumət başçıları ilə yanaşı, onların nümayəndə heyətləri də qatılacaq.

Zirvə toplantısında Şimali Kipr Türk Respublikasının (Kipr) suverenliyi tanına bilərmi?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qəbələ şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə toplantısında bütün həqiqi üzv dövlətlər, o cümlədən müşahidəçi üzv dövlətlər kimi Şimali Kipr və Macarıstanın da iştirakı nəzərdə tutulur.

Oqtay Qasımov

Politoloq qeyd edib ki, Şimali Kipr məsələsi kifayət qədər həssas məsələdir və 40 ildən artıq faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərən bu dövlətin tanınmasında beynəlxalq səviyyədə müəyyən əngəllər var: “Son dövrlər bu istiqamətdə müəyyən addımlar atılıb. Onlardan biri də Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında təmsilçilik məsələsidir ki, bu da bir formada Şimali Kiprin faktiki dövlət kimi qəbul olunması anlamına gəlir”.

Türk Dövlətləri Təşkilatının, bir təşkilat olaraq Şimali Kiprin müstəqilliyinin tanınması məsələsinə gəldikdə, Oqtay Qasımov bildirib ki, tanınma ilə bağlı məsələlər fərqli diplomatik yollarla aparılır və bu proses ayrı-ayrı dövlətlərin qərarları əsasında həyata keçirilir.

Politoloq Oqtay Qasımov bu toplantıda tanınma ilə bağlı bir qərar verilə biləcəyini düşünmür: “Sadəcə olaraq, Şimali Kipr Türk Cümhuriyyətinin bu toplantılarda iştirakı onun faktiki dövlət statusunun tanınması kimi qəbul edilə bilər. Amma diplomatik tanınma bunlar başqa prosedurları özündə ehtiva etdiyindən, bu ayrı-ayrı dövlətlərin öz qərarları əsasında həyata keçirilən bir prosesdir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri