Şimali Koreya qoşunları qısa müddətə Koreya Respublikası sərhədini keçiblər
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Şimali Koreya (KXDR) hərbçiləri patrul xidməti zamanı qısa müddətə Koreya Respublikası ilə sərhədi keçiblər və xəbərdarlıq atəşindən sonra öz ərazilərinə geri qayıdıblar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinə istinadən məlumat yayıb.
Məlumata əsasən, insident bu həftə Koreya yarımadasının şərq hissəsində baş verib. Yonhap qeyd edir ki, 2026-cı ildə belə hadisə ilk dəfə qeydə alınıb.
Qaydalara əsasən, belə hallarda Cənubi Koreya hərbçiləri əvvəlcə xüsusi avadanlıq vasitəsilə xəbərdarlıq edir, daha sonra isə xəbərdarlıq atəşi açırlar.
Seulda ehtimal ediblər ki, KXDR hərbçiləri ərazidə patrul xidməti apararkən sərhəd xəttini keçiblər. Cənubi Koreya Silahlı Qüvvələri Koreya Xalq Ordusunun hərbçiləri öz ərazilərinə qayıtdıqdan sonra qeyri-adi fəallıq müşahidə etmədiklərini bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 16 Avqust 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















