Icma.az
close
up
RU
Şimali Koreyada Putin üçün malikanə tikilir Daha əvvəl Si Cinpin üçün də xüsusi malikanə tikilib

Şimali Koreyada Putin üçün malikanə tikilir Daha əvvəl Si Cinpin üçün də xüsusi malikanə tikilib

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimali Koreya Pxenyanda Kumsusan qonaq evi kompleksinin ərazisində təcili olaraq üç dəbdəbəli malikanə tikir. Hər malikanə təxminən 13.000 kvadrat metr sahəni tutur.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, “NK News”-un peyk görüntülərinin təhlilinə görə, binalar yaxın aylarda yüksək vəzifəli xarici liderləri qəbul etmək üçün hazırlanır. Malikanələrin tikintisi ilə paralel olaraq, yaxınlıqda yeni bir qəbiristanlıq və muzey - Ukraynaya qarşı müharibədə həlak olan Şimali Koreya əsgərlərinin xatirəsinə həsr olunmuş muzey üzərində işlər aparılır.

Peyk görüntüləri layihənin 2025-ci ilin oktyabr ayının sonlarında icraya başladığını, ərazidə böyük bir işçi düşərgəsi yaradıldığını və ötən qısa vaxt ərzində burada çox sürətli irəliləyiş olduğunu göstərir.

“Planet Labs” görüntüləri isə göstərir ki, noyabrın ortalarına qədər üç yeni malikanənin təməli tamamilə tamamlanıb və bir neçə mərtəbə, eləcə də köməkçi tikililər artıq tikilib. Bu, Şimali Koreya hakimiyyətinin layihəni prioritet hesab etdiyini göstərir.

Pxenyan Kim Çen Inla görüşmək üçün xarici liderlərin qarşıdan gələn səfərləri barədə heç bir rəsmi məlumat yaymayıb. Ancaq “NK News”-un məlumatına görə, Ukraynadakı müharibə fonunda Rusiya və Şimali Koreya arasında əlaqələrin güclənməsi səbəbindən Vladimir Putin yeni iqamətgahda yaşamağa ən real namizəd hesab olunur. Onların sonuncu üzbəüz görüşü 2025-ci ilin sentyabr ayında Pekində hərbi parad zamanı baş tutub.

Analitiklər Çin lideri Si Cinpini və ABŞ Prezidenti Donald Trampı Kumsusan Sarayının digər mümkün qonaqları adlandırıblar.

2019-cu ildə Çin lideri Si Cinpinin səfəri üçün də analoji malikanələr tikilmişdi. Həmin tikinti işləri cəmi dörd ay ərzində başa çatmışıd. Bu bina kompleksi daha sonra 2024-2025-ci illərdə yüksək vəzifəli Rusiya rəsmilərini - Sergey Şoyqu, Andrey Belousov və Dmitri Medvedevi qəbul etmək üçün istifadə olunub.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri