Şimali Makedoniyada terror aktının qarşısı alınıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 fevral, AZƏRTAC
Şimali Makedoniyada kütləvi güllələmə törətmək istəyən 20 yaşlı gənc saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Makedoniya polisi məlumat yayıb. Bildirilir ki, saxlanılan şəxsin ABŞ-də 2012-ci ildə məktəbdə baş verən qırğına oxşar terror hadisəsi törətmək planı olub.
Paytaxt Skopye yaxınlığında əməliyyat keçirən polis 2 nəfəri – gənci və onun 89 yaşlı babasını saxlayıb. Axtarış zamanı onların evindən çox sayda odlu və soyuq silah, elektron avadanlıq və döyüş sursatı aşkar edilib.
Əməliyyat ABŞ kəşfiyyatının ötürdüyü məlumatlar əsasında həyata keçirilib.
Qeyd edək ki, ABŞ-nin Konnektikut ştatında psixi pozğunluğu olan şəxsin 2012-ci ildə məktəbdə törətdiyi qırğında 26 şagird və müəllim həlak olub.
Baxış sayı:108
Bu xəbər 21 Fevral 2026 07:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















