Sindaoda 1 qızıl, 2 bürünc medal
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə bir qızıl və bir bürünc medal yazdırıb.
Zelim Tçkayev (81 kq) bütün görüşlərdə inamlı çıxış edərək turnirin qalibi olub. Cüdoçumuz finalda Avstriya təmsilçisi Bernard Faşinqi üstələyərək karyerasında ilk dəfə Qran-Pri turnirində qızıl medal qazanıb.
Hidayət Heydərov (81 kq) isə yeni çəki dərəcəsində ilk medalını əldə edib. Olimpiya çempionumuz bürünc medal uğrunda görüşdə Rusiya təmsilçisi Eqor Suxoparovu məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, turnirin ilk yarış günündə Əhməd Yusifov (60 kq) bürünc medal qazanmışdı. Bununla da Azərbaycan millisi Sindao Qran-Prisinin ilk iki yarış gününü 1 qızıl və 2 bürünc medalla başa vurub. Millimiz ümumi komanda hesabında yalnız Yaponiyadan geri qalaraq ikinci pillədə qərarlaşıb.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 27 İyun 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















