Icma.az
close
up
RU
Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... EHTİYATLI OLUN

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... EHTİYATLI OLUN

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir.

Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? Ailem.az türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir.

Soyuq və küləkli havada risk artır

Həkim bildirir ki, infarkt kişilərdə əsasən 45 yaşdan, qadınlarda isə 55 yaşdan sonra rast gəlinir: “Kişilər qadınlara nisbətən daha çox risk altındadır. Bununla yanaşı diabet, siqaret, yüksək təzyiq, yüksək xolesterol, hərəkətsiz həyat tərzi, stress və qeyri-sağlam qidalanma nəticəsində yaranan köklük infarkta səbəb olan amillər arasında göstərilir”.

Kardioloqun sözlərinə görə, havaların soyumasının ürəyə mənfi təsirləri var. Belə ki, soyuq və küləkli hava ürək damarları üzərində büzüşdürücü təsir yaradaraq,  təzyiqi yüksəldib ürək sürətini artırır. Bu isə həssas şəxslərdə ürəktutmaya səbəb olur. Buna görə xüsusilə ürək xəstələrinin soyuq havalarda həyat tərzlərinə xüsusi diqqət etmələrinin böyük əhəmiyyəti var.

Sinə ağrısına diqqət

R. Erdim infarktın ən önəmli və çox rastlanan əlamətinin sinə ağrısı olduğunu qeyd edib: “Ağrı adətən sinənin orta hissəsində ağırlıq və basqıya bənzər şiddətli bir ağrı şəklində özünü göstərir. Adətən 20 dəqiqədən uzun sürür və gedib-gələn bir ağrı olaraq hiss edilə bilir. Bu ağrı qollara, belə, boyuna, çənəyə və mədə üzərinə doğru yayılır. Həmçinin sinə ağrısı ilə bərabər nəfəs darlığı, halsızlıq və bayğınlıq hissi yarana bilir. Şiddətli sinə ağrısı ilə birlikdə soyuq tərləmə, bulantı və qusma kimi şikayətlərin olması mütləq ciddiyə alınmalıdır. Bu vəziyyətdə təcili olaraq xəstəxanaya getmək lazımdır”.

İlk 2 saat çox əhəmiyyətlidir

Həkim deyir ki, infarktdan ölümlər adətən xəstənin həkimə gec müraciət etməsindən baş verir: “Ürək ağrısı keçirən xəstələrin təxminən yüzdə 30-u xəstəxanaya çatmadan həyatını itirir. Buna görə xüsusilə risk altındakı şəxslər bu əlamətlər başladıqdan sonra vaxt itirmədən ən yaxın xəstəxanaya müraciət etməlidirlər. Bu, həyati önəm daşıyır. Əgər tibbi müdaxilə sinə ağrısı başlandığı ilk 2 saat ərzində doğru şəkildə edilərsə, ürəkdə yaranan zədə daha az olar. 6-12 saatdan sonra müalicə edilən xəstələrdə isə ürək toxumasındakı zədə daha böyük olur və bunun nəticəsində ürək çatmazlığı yarana bilir. Hətta xəstənin həyatını itirməsinə səbəb olur”.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see882

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see321

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see313

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see306

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see293

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see269

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see256

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see223

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see220

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see203

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see203

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see200

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see199

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see199

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see198

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see193

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see186

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see184

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri