Icma.az
close
up
RU
Sinəsini açana Xalq artisti verirlər” Tanınmış sənətkardan qalmaqallı açıqlama

Sinəsini açana Xalq artisti verirlər” Tanınmış sənətkardan qalmaqallı açıqlama

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar fəxri adların verilməsi ilə bağlı cəmiyyətdə gedən müzakirələr yenidən gündəmə gəlib. Xalq artisti adına layiq görülən bəzi şəxslərin seçimi birmənalı qarşılanmır və bu, sənət cameəsində ciddi narazılıqlara səbəb olur.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Xalq artisti Şeyx Əbdül mövcud sistem və bəzi ad sahibləri ilə bağlı sərt fikirlər səsləndirib. O bildirib ki, fəxri adların verilməsinə yenidən baxılmalı, hətta bu sistem tamamilə ləğv edilməlidir:

“Hazırda dəyərli kino xadimlərimiz Ayaz Salayev və Hüseyn Mehtiyevlə birlikdəyəm. Mən özüm də Xalq artistiyəm və bu adların verilməsinə qarşı çıxan ilk insanlardan biri olmuşam. Quru kağız parçası kimə lazımdır? Xalq artisti adı yalnız peşəkar sənətkarlara verilməlidir – manıslara, şoumenlərə, sinəsi və baldırı açıq olanlara yox! Əgər bir jek müdiri səni Xalq artisti olduğun üçün adam yerinə qoymursa, bu adın nə mənası qalır?”. Marqarita pizza

Şeyx Əbdül əlavə edib ki, bu adların statusu və sosial dəyəri olmadığı üçün ictimai rəyə əsaslanmayan, kağız üzərində verilmiş titullar mənasızdır:

“Adların verilməsi ictimai rəyə əsaslanmalı və müsabiqə yolu ilə həyata keçirilməlidir. Hansısa katibənin imzası ilə verilmiş ad bizə lazım deyil. Əgər bu status sənə nə kommunal güzəşt, nə də başqa üstünlük qazandırmırsa, sadəcə formal kağızdır. Gülməlidir ki, sinəsi açıq olanlara Xalq artisti adı verilir. Əgər belədirsə, qoy 'Əməkdar şoumen' adı yaratsınlar”.

Xalq artisti adının dəyərsizləşdiyini bildirən sənətkar, əvvəlki dövrlərdə bu titulu alan sənət adamlarının əziyyətlə bu adı qazandığını vurğulayıb:

“Mənim yadımdadır, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmədrza Şeyxzamanov kimi sənətkarlar 60 yaşlarında Əməkdar artist adı alanda sevinclərindən ağlayırdılar. İndi isə yumurtadan çıxan kimi üç badam, bir qozla Xalq artisti olurlar. Bu xalqı alçaltmaqdır. Xalq artisti adı ya ciddi təmizlənməlidir, ya da tamamilə ləğv olunmalıdır”.

Şeyx Əbdül hesab edir ki, sənətdə olan dəyərlər maddi yox, mənəvi ölçülərlə müəyyənləşdirilməlidir:

“Ad şəxsiyyət deməkdir. O, xalq tərəfindən sevilməli və tanınmalıdır. Adı almaq üçün kiminsə qarşısında quyruq bulamaqla, sinə oynatmaqla Xalq artisti olunmur. Sağ olsun Prezident, artıq yeni adlar verilmir. Ümid edirəm ki, bu qərar davamlı olar”.

Aydan Hacı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyul 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri