Icma.az
close
up
RU
Sinif otağından həbsə 21 yaşına kimi orada qalacaq...

Sinif otağından həbsə 21 yaşına kimi orada qalacaq...

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Masallı rayonunun Boradigah qəsəbəsində 8-ci sinif şagirdi özündən iki sinif yuxarı oxuyan tanışını xüsusi amansızlıqla öldürməyə cəhd edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə bir neçə ay əvvəl Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin həyətində baş verən hadisə ilə bağlı açılmış cinayət işi üzrə hökm çıxarıb.

İstintaq materiallarında yazılıb ki, İnqilab Məmmədov adına 2 saylı tam orta məktəbdə təhsil alan Fuad Babayevlə (Yeniyetmələrin ad-soyadları şərtidir) eyni qəsəbədə yerləşən 1 saylı məktəbin 10-cu sinfində oxuyan Loğman Səmədli arasında mübahisə yaranıb. Fuad dostundan eşidib ki, Loğman onun qohumu olan qızdan xoşlanır və dərsdən sonra onun arxasıyca düşür.

F.Babayev məsələni aydınlaşdırmaq üçün Loğmanla söhbət edərək ondan bu davranışları dayandırmağı tələb edib. Eyni məsələ ilə bağlı sonrakı görüşlərin birində isə tərəflər bir-birilərinə qarşı söyüşlər işlədiblər. Söhbətin artıq böyüdüyünü düşünən Fuadla Loğman aralarındakı məsələni birdəfəlik yekunlaşdırmaq üçün sonuncunun təhsil aldığı məktəbin həyətindəki futbol meydançasında əlbəyaxa dava ediblər. Bu vaxt Fuad cibində gətirdiyi mətbəx bıçağı ilə Loğmana bir neçə dəfə zərbə vurub.

Prokurorluq cinayətin xüsusi amansızlıqla törədildiyi qənaətinə gələrkən zərərçəkmişin yaralı vəziyyətdə onu öldürməməsi üçün aman diləməsini də əsas gətirib.​ Səs-küyə gələn məktəb direktorunun və digərlərinin müdaxiləsi nəticəsində faciəvi ölümün reallaşmasının qarşısı alınıb. Cinayət törədən şagird isə qorxub hadisə yerindən qaçsa da, polis əməkdaşları qısa müddətdə onu tutub istintaqa təhvil veriblər.

Sinif otağından məhkəmə zalına keçid edən məktəbli təqsirini etiraf edib, amma əməlinin xüsusi amansızlıq kimi qeydə alınması ilə razılaşmayıb. Müdafiə tərəfi ittihamın sanksiya həddi daha yüngül olan qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Fuadın onu bıçaqlamasına səbəb söyüşlərdən sonra aralarında yaranmış anlaşılmazlıq olub. Amma bıçaqla vurmaqda məqsədinin onu öldürmək olub-olmadığını bilmir. O, əlavə olaraq təqsirləndirilən şəxs və ailəsi ilə barışdıqlarını, hazırda heç bir şikayət və tələblərinin olmadığını bəyan edib.

Fotoda: Direktor Emil Vahabov

Hakimlər məktəbin direktoru Emil Vahabovu və hadisə şahidi olan digər şagirdləri də məhkəmə zalında bir-bir dindiriblər. Direktor ifadəsində şagirdini vuran oğlanı tanımadığını, niyə belə etdiyini soruşduqda isə qaçıb getdiyini deyib.

Məhkəmə kollegiyası yekunda hadisənin sadə bir dava deyil, xüsusi amansızlıqla törədilən cinayət olduğunu təsdiq edib.

Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslərə ən ağır şəkildə cinayət törətsə belə, 10 ildən artıq cəza təyin edilə bilməz. Bu tələb nəzərə alınmaqla, təqsirli bilinən məktəbliyə 5 il 8 ay 15 gün azadlıqdan məhrum edilib. Bununla da Fuad 21 yaşına kimi həyata dəmir baraqlıqlar arasından baxacaq.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri