Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Sinif yoldaşını huşunu itirənə qədər döyən şagird belə cəzalandırıldı

Sinif yoldaşını huşunu itirənə qədər döyən şagird belə cəzalandırıldı

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Şabran rayonunda 2007-ci il təvəllüdlü Valeh tanışı Osmana (adlar şərtidir - red.) xəsarət yetirib. Hadisə rayonun Əmirxanlı kəndi ərazisində baş verib. Valeh küçə ilə gedərkən 2008-ci il təvəllüdlü Osman ilə öz arasında qəsdən mübahisə yaradıb. O, yumruqla Osmanın sol göz nahiyəsinə, təpiklə baş nahiyyəsinə vurub. Onu yerə yıxdıqdan sonra yerdə təpiklə bir neçə dəfə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə Valehin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, orta məktəbinin 11-ci sinfində oxuyur: “2025-ci il tarixdə dəqiq xatırlamadığım saatda məktəbdən çıxaraq evə gedən zaman yolda sinif yoldaşım İlqar ilə zarafatlaşdım. Sonra orada olan Əfqan ilə söz mübahisə etdim. Bu zaman yanımızda olan digər sinif yoldaşım Osman yaxınlaşaraq səbəbsiz yerə mənimlə mübahisə etməyə başladı. Lakin ona fikir vermədim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Osman ona yenidən sözlə sataşmağa davam edib: “Bir qədər aralandıqdan sonra Osmana arxadan yaxınlaşaraq yumruqla sifət nahiyəsinə vurdum. O, mənə tərəf çöndükdə təpiklə onun başına zərbə endirdim. Bu zaman Osman yerə yıxıldı. Yerdə ona təpik zərbələri vurdum. Bundan sonra Osman özündən getdi. Yerdə huşsuz olan zaman ondan aralandım. Lakin əsəbi olduğu üçün yenidən onun tərəfə qayıdaraq onu yerdə yenidən təpiklədim. Onun üz nahiyəsində qan olduğunu gördüm. Bundan sonra oradan uzaqlaşdım və evə getdim. Bununla yanaşı mənin də həmin zaman ayağım burxuldu. Osman ilə dalaşan zaman ətrafda kimlər olduğunu dəqiq xatırlamasam da, Əfqanın orada olduğu yadımdadır”. 
Osmanın sözlərinə görə, sinif yoldaşı Valeh ilə təxminən hadisədən 3-4 ay əvvəl aralarında söz mübahisəsi olub: "Bundan sonra Valeh mənə söz atdı. Lakin ona fikir vermədim. O, mənimlə dalaşmaq istədiyini dedi. Amma mən dalaşmaq istəmədiyimi bildirdim. Hadisə günü günorta dərsdən evə gedərkən Əfqan və Valeh aralarında sözlə mübahisə etməyə başladı. Mən Valehə irad bildirərək Əfqanı müdafiə etdim. Valeh mənə dalaşmaq istədiyini, onunla dalaşmasam söyüş söyəcəyini bildirdi. Mən yenə ona fikir vermədim. Bu zaman mənə zəng gəldi. Zəng edən dostum ilə danışan zaman telefonda dostuma “yanımda bir nəfər var, bayaqdan sakit dayanmır” dedim. Bu vaxt Osman kim olduğunu soruşdu. Ona dedim ki, sən tanımazsan, mənim dostumdur. Bundan sonra Əfqanla yol ilə gedərkən gözləmədiyim halda arxadan üz nahiyəmə ə yumruq zərbəsi atıldı. Zərbə yanaq nahiyəmə dəydi. Mən arxaya dönəndə zərbənin Osman tərəfindən vurulduğunu anladım. Bu zaman Osman ayağımdan yapışaraq yıxmaq istədi. Məndən tutmaq istədikdə isə yerə yıxıldım. Yerdən qalxmaq istəyərkən Osman təpiklə üz nahiyəmə vurdu. Bu zərbədən yerə yıxıldım. Yerdə olarkən Osman mənə təpiklə zərbələr endirdi. Məndən bir qədər aralandı, qayıdaraq yenidən zərbələr vurdu. Bundan sonra özümdən getdim. Bir neçə dəqiqə sonra Əfqan məni çağırdı. Mən özümə gəldim, oyanarkən burun nahiyəmdən qan gəldiyini, yaxamın  qan olduğunu gördüm. Sonra yenidən özümdən getdim. Əfqanın köməkliyi ilə yaşadığım evə çatdım. Sonrakı gün burun nahiyəmdə ağrılar olduğu üçün həkimə getdim”. 
Şabran Rayon Məhkəməsinin hökmü ilə Valeh 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.
Təqsirləndirilən şəxsə cəzasını çəkdiyi müddətdə Şabran rayonunun ərazi hüdudlarını tərk etməsi, yaşayış yeri olan evi hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməsi qadağan olunub. 
Bundan əlavə ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, habelə belə tədbirlərdə iştirak etməmək vəzifələri tapşırılıb.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see369

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see308

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see288

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see287

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see283

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see278

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see261

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see256

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see251

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see250

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see246

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see246

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see240

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see237

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see232

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see229

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see223

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see200

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri