Icma.az
close
up
RU
Sinif yoldaşının gözünü çıxaran şagird sabah başqa hərəkət də edər EKSPERT

Sinif yoldaşının gözünü çıxaran şagird sabah başqa hərəkət də edər EKSPERT

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çətin tərbiyə olunan uşaqlar bundan əvvəl də olub, indi də var. Onlar xüsusi qrupa aid edilir və onlar üçün ayrıca dərslər təşkil olunmalıdır"


Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb. Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib. Qeyd olunub ki, yanvarın 8-də səhər saatlarında Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi məktəbdənkənar ərazidə 11-ci sinif şagirdinə qarşı aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib: "Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir". Məlumata görə, məktəblinin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir: "Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır". İdarədən bildirilib ki, məktəb yoldaşına xəsarət yetirən şagird bundan öncə də təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun olmayan davranışlar edib, məktəb rəhbərliyi və psixoloq tərəfindən həm şagirdlə, həm də ailəsi ilə mütəmadi olaraq profilaktiki söhbətlər aparılıb. Son hadisədən sonra valideynin müraciəti və müvafiq ərizəsinə məktəbin pedaqoji şurasında baxılıb və şagird məktəb-şagird kontingentindən uzaqlaşdırılıb. 

Məktəbdən uzaqlaşdırılmış şagirdin sonrakı taleyi necə olacaq, o, hara yönləndiriləcək?


Təhsil məsələləri üzrə ekspert Elmin Nuri “Sherg.az”a açıqlamasında qeyd etdi ki, vəziyyətin düzəlməsi üçün nəhayət ki, bizim orta məktəblərdə şagirdlərin etik davranış qaydaları mütləq tətbiq olunmalıdır:

- Ötən ilin sonlarında  Bakı Təhsl İdarəsinin rəhbərliyi bildirdi ki, həmin qaydalar bütün məktəblərdə tətbiq olunacaq, həm də bütün müddəalarıyla birlikdə. İlimiz  yeni başlayıb, amma artıq vaxt ötür. Bu artıq neçənci xoşagəlməz, fiziki zorakılıqla nəticələnən olaydır ki baş verir. Baxın, tədris ili başlanandan - sentyabrın 15-dən başlayaraq cəmi 1 həftə ərzində - sentyabrın 22-nə qədər orta məktəblərdə 3-4 ciddi qayda pozuntuları baş verib. Bunlar elə-belə, xırda hadisələr olmayıb. Regionların birində valideyn tərəfindən övladının sinif yoldaşının döyülməsi, paytaxta yaxın məktəblərin birində bıçaqlanma hadisəsi, məktəb daxilində bullinqlər saysız-hesabsızdır.  O zaman da demişdim, indi də təkrar edirəm, artıq vaxdır, bəsdir. Nəhayət ki şagrdlərin etik dvranış qaydalarını bütün müddəları ilə  qəbul edilməli və tətbiqinə başlanmaldıır.  Qayda pozuntularının bir neçə dərəcəsi var. 1, 2-ci bənddə yüngül qayda pozutuları qeyd edilib. Dəhlizdə qaçmaq, sinifdə səs salmaq və sair. Bunlar yüngül dərəcəli qayda pozuntularıdır.  4-cü, 5-ci isə ağır  dərəcələrdir. Məktəbin nüfuzuna xələl gətirən, şəxsin sağlamlığına zərər verən. Şabrandakı hadisə birbaşa 5-ci dərəcəli qayda pozuntusudur. Buna yol vermiş şagird də cəza olaraq məktəbdən uzaqlaşdırılıb. Bu qaydalar bütün mıktəblərə şamil edilmir hələ, amma qaydalara uyğun addımlar atılmalıdır. Şagidlərlə təlimlər, seminarlar keçilməli, islahedici söhbətlər aparılmalıdır. Çətin tərbiyə olunan uşaqlar bundan əvvəl də olub, indi də var. Onlar xüsusi qrupa aid edilir və onlar üçün ayrıca dərslər təşkil olunmalıdır. Tutalım, biz bu gün sinif yoldaşının gözünü çıxaranı bağışladıq. Kim təminat verir ki, sabah həmin şagird  buna bənzər başqa hərəkətə yol verməyəcək, kiməsə xəsarət yetirməyəcək?  Şagirdin təhlükəli davranışı nəzərə alınaraq o, məktəbdən uzaqlaşdırılıbsa, mən bu qərarı düzgün hesab edirəm. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Yanvar 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri