Icma.az
close
up
RU
Sinifdə 30dan çox şagird VARSA… Tədrisin keyfiyyətindən danışmaq OLAR?

Sinifdə 30dan çox şagird VARSA… Tədrisin keyfiyyətindən danışmaq OLAR?

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Müəllimin öyrətmə metodlarıyla yanaşı, şagirdin dərsi necə qavraması da önəmlidir. Yəni, şagird anlamadığı bir nüans, sual olduqda bunu müəllimdən rahatlıqla soruşmalı, qarşılıqlı diskussiya edilməlidir ki, dərsi rahat qavramaq mümkün olsun.
 

MÖVZU İLƏ BAĞLI:
Məktəblərdə dərs saatı PROBLEMİ - Musiqi, texnologiya və təsviri incəsənət fənləri BİRLƏŞDİRİLİR?


Ancaq bəzi siniflərdə şagird sayının 27, 30, hətta 30-dan çox olması şagirdlərin dərsi qavraması baxımından müəyyən maneələr yaradır. Belə ki, müəllim dərsi danışsa belə, şagirdlərin sayı çox olduğu üçün bütün sualların cavablanmasına yetəri qədər vaxt qalmır. Buna görə də şagirdlərin ağlında anlaşılmayan məqamlar qalır, onlar müəyyən qədər çətinlik çəkirlər.
Bizim.Media-ya açıqlama verən 9-cu sinif şagirdi Ələkbər Məmmədov (şərti ad)  deyir ki, siniflərində 27 şagird var. Bir dərs isə 45 dəqiqədir. Dərsin izahına, bəzi yoxlamalara, qiymətləndirilmələrə və s-yə yetərincə vaxt gedir. Nəticədə, mövzuyla bağlı aydın olmayan suallar qalsa da, şagird sayı çox olduğu üçün hamıya vaxt çatmır.
Təhsil eksperti Adil Vəliyev də saytımıza açıqlamasında bu fikirləri təsdiqləyir. O, siniflərdə şagird çoxluğunun tədrisə mənfi təsirlərindən danışıb:

“Bəli, orta məktəblərdə bir sinifdə olan şagirdlərin sayı kifayət qədər çoxdur. 30-35, hətta ondan çox belə şagirdin olduğu siniflər var. Bu da sözsüz ki həmin məktəbdə tədrisin kifayət qədər yaxşı olmamasına səbəb olur. Çünki bir dərs vaxtı ərzində müəllim şagirdə fərdi yanaşa bilmir, onların tapşırıqlarını yoxlaya bilmir”.


Ekspert şagird sayı ilə aşağı sinifdən repetitor yanına gedənlərin sayının çox olmasını əlaqələndirib:
“Şagirdin anlamadığı bir mövzu olduqda müəllimlə diskussiya apara bilmir. Nəticədə, şagirdlər aşağı siniflərdən başlayaraq  fərdi şəkildə müəllim yanına  gedirlər, kurslara üz tuturlar. Məsələylə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən dəyərləndirmələr aparılmalı, müəyyən qərarlar verilməlidir”.
Nəzrin Mirzəyeva, Bizim.Media                                                                          

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Dekabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri