Icma.az
close
up
RU
Həzm sistemi və bağırsaq problemlərinə qarşı XALQ TƏBABƏTİ üsulları

Həzm sistemi və bağırsaq problemlərinə qarşı XALQ TƏBABƏTİ üsulları

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

XALQ TƏBABƏTİNDƏ HƏZM ORQANLARI XƏSTƏLİKLƏRİNƏ QARŞI İŞLƏDİLƏN DƏRMAN MADDƏLƏRİ:

Mədə pozğunluğu, ürəkbulanma, qusma, köpmə zamanı qatlı quruçiçək bitkisinin dəmləməsi xeyirlidir. İstifadə qaydası: 2 xörək qaşığı çiçəyin üzərinə 2 stəkan qaynar su töküb zəif odda 15 dəqiqə müddətində dəmləyib 45 dəqiqədən sonra qəbul etməli. Dozası: gündə yarım stəkan yeməkdən yarım saat əvvəl 2-3 həftə ərzində içməli. Razyananın (miyana) toxumlarından və yarpaqlarından mədə xəstəliklərində, bağırsaq keçməzliyində, qəbizlikdə istifadə olunur. İstifadə qaydası: qurudulmuş razyana toxumu ilə ardıc meyvəsindən 2 çay qaşığı və bir çay qaşığı əzvay yarpağı əzilib toz halına salındıqdan sonra bir-birinə qarışdırılır. Alınmış tozdan 1 çay qaşığı götürüb 1 stəkan qaynanmış suya tökülür. Dozası: xörək qaşığı ilə gündə 3 dəfə qəbul edilir. Xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdırıcı dərman kimi acıqovuq otunun kökü tətbiq edilə bilər. İstifadə qaydası: cavan bitkinin köklərini payızda toplayır, soyuq su ilə yuyub təmizləyirlər. Sonra xırdalayıb günəşli havada qurudurlar. Belə qurudulmuş kökdən 2 xörək qaşığı götürüb yarım litrlik çaydanda dəmləyirlər. Dozası: Həmin çaydan gündə 3 dəfə yarım stəkan qəbul etməli (nanə yarpağı da eyni məqsədlə işlədilə bilər). Mədə-bağırsaq xəstəliklərində, mədə ağrılarında, köpmədə, sancıda qantəpər çiçəklərinin dəmləməsi çox faydalıdır. İstifadə qaydası: 5 qram çiçək qurusunu 300 ml suda dəmləyib çay kimi içmək lazımdır. Dazıotu bitkisinin 1:20 nisbətində dəmləməsi ishalkəsici dərman kimi tətbiq edilə bilər. İstifadə qaydası: xörək qaşığı ilə gündə 3-4 dəfə qəbul etmək olar. Gicitkən yarpaqlarından dəmləmə və bişirmə hazırlayıb mədə- bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdırıcı, bağırsağın iltihabını aradan qaldırıcı vasitə kimi işlətmək olar. Mədə xorası xəstəliyində kəklikotu çayı faydalıdır. Tez-tez qəbiz olanlar ərik qurusu və ya ərik yesələr xeyri dəyər. Heyva şərbəti mədəni qüvvətləndirmək baxımından çox əhəmiyyətlidir. Bağırsaqların iltihabında 3-4 gün ərzində yeməkdən əvvəl 1 çay qaşığı soğan şirəsi qəbul etmək yaxşı təsir göstərir. Gülxətmi çiçəklərindən çay kimi dəmləyib mədə-bağırsaq xəstəliklərində ishala qarşı işlətmək faydalıdır (bəzən əmənkömənci çiçəyi və zəyərək toxumları ilə birlikdə işlədilir). Havaqovucu maddə kimi çobanyastığı bitkisinin çiçəklərindən hazırlanmış dəmləmə və bişirmə faydalıdır. Dozası: gündə 2-3 dəfə 1 xörək qaşığı içməli. Sumaq bitkisinin yarpaqlarından (çiçəkləyən vaxt toplanır) və meyvəsindən dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində istifadə edilə bilər. Qarın ağrılarında acı yovşandan çay kimi dəmləmə şəklində istifadə etmək olar. Şahtərənin mart-aprel aylarında toplanmış yerüstü hissəsinin qurudulub un halına salınmış tozunun dəmləməsi mədə yarasının müalicəsini sürətləndirir. İstifadə qaydası: həmin tozdan 3-5 gram götürüb 1 stəkan suda çay kimi dəmləyərək, yeməkdən yarım saat əvvəl iki xörək qaşığı qəbul etmək olar. Cirə, cəfəri və yerkökü toxumlarının ovuntusu ilə balın qarışığından alınan həb şiddətli mədə ağrılarını kəsir. (Bax: "Həblər) İstifadə qaydası: Toxumları bərabər miqdarda götürüb bərk kütlə alınana qədər balda həll etməli. Yemiş tumu mədəni təmizləyir. İspanaq xörəyi mədə-bağırsaq sistemi üçün xeyirlidir. Gülab şərbəti mədə iltihabı üçün münasibdir. Onu çayla içmək lazımdır. Cirə və razyana dəmləməsi mədə xəstəlikləri zamanı köpün qarşısını alır. İstifadə qaydası: meyvələri (toxumları) bərabər miqdarda qarışdırıb toz halına salmalı; 2 çay qaşığı tozu 1 stəkan suda dəmləyib köpərkən içməli. Qaraqınıq otundan çay kimi dəmləyib mədədə həzmi yaxşılaşdırıcı və iltihabı aradan qaldırıcı, quru çiçəyindən isə dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində və dezinteriyada istifadə olunur. İstifadə qaydası: qurudulmuş otu və ya çiçəyi toz halına salmalı. I çay qaşığı tozu I stəkan qaynar suda 30 dəqiqə müddətində dəmləyib süzməli. Dozası: gündə 3 dəfə 1-2 xörək qaşığı qəbul etməli.

Sevinc Hüseynova 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri