Icma.az
close
up
RU
Sinqapurun “GovInsider” təşkilatının saytında Azərbaycanın rəqəmsal sosial uğurları və DOST modeli barədə məqalə dərc edilib

Sinqapurun “GovInsider” təşkilatının saytında Azərbaycanın rəqəmsal sosial uğurları və DOST modeli barədə məqalə dərc edilib

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Sinqapurda yerləşən “GovInsider” təşkilatının saytında son illər Azərbaycanda sosial sahədə icra olunan elektronlaşdırma proqramının uğurları və DOST modeli barədə məqalə dərc edilib. (https://govinsider.asia/intl-en/article/azerbaijans-journey-towards-proactive-e-services/)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin  (DOST RİM) direktor müavini Orxan Salahovla müsahibəyə istinad edilərək, məqalədə nazirliyin fəaliyyət sahələri üzrə 160 xidmətin 90 faizdən çoxunun elektronlaşdırıldığı vurğulanır.

Göstərilən e-xidmətlərin statistikası, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin 80-dən çox qurumun e-sistemləri ilə inteqrasiya şəraitində fəaliyyət göstərdiyi və “rəqəmsal körpü” olaraq fasiləsiz məlumat  mübadiləsinə imkan yaratdığı qeyd edilir. 

Habelə son illərdə 56 proaktiv təyinat xidmətinin işə salındığı, bu xidmətlərin əhəmiyyəti, DOST RİM-in missiyalarından birinin və ən innovativinin də proaktiv xidmətlərin sayını artırmaq olduğu bildirilir. 

Sosial sahə üzrə rəqəmsallaşma prosesinin hazırda da davam etdiyi və Mərkəzin süni intellekt əsaslı həllərin tətbiqi ilə bağlı hədəfləri diqqətə çatdırılır. Məqalədə DOST modeli barədə də məlumat verilir, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin DOST mərkəzlərində “bir pəncərə”dən göstərildiyi qeyd olunur.

“GovInsider” təşkilatı dövlət sektorunda innovasiyaları təbliğ etmək üçün fəaliyyət göstərən geniş platformadır. Təşkilat dövlət sektorundakı transformasiyaları bir platformadan təqdim etməklə bu sahədə qabaqcıl təcrübələrin beynəlxalq səviyyədə tanıdılması və onların geniş tətbiqini təşviq edir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Fevral 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri