Icma.az
close
up
RU
Siqaret çəkənlərin nəzərinə: dövlət aksiz dərəcəsini də qaldırsa...

Siqaret çəkənlərin nəzərinə: dövlət aksiz dərəcəsini də qaldırsa...

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanın tütün sənayesində uzun illər fəaliyyət göstərmiş “European Tobacco-Baku” ASC ləğv olunur. 2001-ci ildən fəaliyyət göstərən və yerli siqaret istehsalında aparıcı mövqelərdən birini tutan şirkətin bağlanması sektor üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
"European Tobacco-Baku” müstəqillik dövründə formalaşan ilk iri tütün istehsalçılarından biri olub. Şirkətin nizamnamə kapitalı təxminən 134 min manat təşkil edirdi.
Ləğv prosesi ilə bağlı elan Dövlət Vergi Xidməti tərəfindən “Vergilər” qəzetində dərc olunub. Elana əsasən, şirkətlə maliyyə əlaqəsi olan kreditorlara tələblərini təqdim etmək üçün iki ay müddət verilib. Bu müddət ərzində bütün öhdəliklərin dəqiqləşdirilməsi və bağlanması nəzərdə tutulur.
Müəssisəyə uzun illər keçmiş deputat Rüfət Quliyev rəhbərlik edib. Şirkət yerli bazarda həm istehsal həcmi, həm də tanınmışlığı ilə seçilib və tütün sənayesinin əsas nümayəndələrindən biri hesab olunurdu.
Bəs ən böyük siqaret istehsalçısınının fəaliyyətinin dayandırması yerli bazara necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu qərar siqaretin qiymətinə birbaşa və dərhal kəskin təsir etməyəcək, amma orta müddətdə bir neçə kanal üzrə bahalaşma riski yaradır:
“Şirkət özü əvvəllər açıqlamışdı ki, onlar qiymət məsələsi ilə məşğul olmur, yalnız istehsal edirlər. Yəni mağazadakı son qiyməti distributor və pərakəndə satıcı qoyur. Amma “European Tobacco-Baku” bazarda yerli istehsalın əhəmiyyətli hissəsini təmin edirdi. Zavod bağlanandan sonra onun buraxdığı brendlər ya idxal olunacaq, ya da digər yerli fabriklər həmin həcmi əvəz etməli olacaq.
İdxal artanda maya dəyər yüksəlir.
Çünki xaricdən gətirilən siqaretə aksiz, ƏDV, gömrük rüsumu və logistika xərci gəlir. Digər yerli istehsalçılar bazar payını böyütsə, rəqabət azalacaq. “European Tobacco-Baku” çıxandan sonra bazarda oyunçu sayı azaldığı üçün qalan şirkətlərin qiymətqoyma sərbəstliyi artır. Xüsusilə də, siqaret aludəçilik yaratdığı üçün istehsalçı və distributor qiyməti qaldıranda satış kəskin düşmür”.
Müsahibimiz hesab edir ki, qısamüddətli dövrdə anbar ehtiyatları hesabına qiymətlər sabit qala bilər:
“Mağazalar əvvəlki topdansatış qiyməti ilə aldığı malı satacaq. Amma ehtiyat bitəndən sonra yeni partiyalar ya baha idxal, ya da məhdud yerli təkliflə gələcəyi üçün 10-20 qəpik arası artım mümkündür. Əgər dövlət aksiz dərəcəsini də qaldırsa, artım daha böyük olar.
Yekun olaraq qeyd edək ki, “European Tobacco-Baku”nun bazardan getməsi sabahdan siqareti 50 qəpik bahalaşdırmayacaq. Amma tədarük zənciri idxaldan asılı hala düşdüyü üçün valyuta məzənnəsi, gömrük rüsumu və aksiz artımları qiymətə daha tez və sərt təsir edəcək. Orta müddətdə ucuz seqmentdəki yerli brendlər azalacağı üçün alıcının seçimi də daralacaq. Bu da qiymət artımı üçün əlavə zəmin yaradır”. (bizim.media)
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Aprel 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri