Siqaretdən daha təhlükəli risk faktoru açıqlandı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Həkim Xose Ernandes Poveda insanı siqaret çəkməkdən daha sürətlə ölümə yaxınlaşdıra bilən amili açıqlayıb.
Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, onun sözlərinə görə, əzələ kütləsi az olan insanlarda ölüm riski fiziki cəhətdən hazırlıqlı və əzələ kütləsi normal olan şəxslərlə müqayisədə 250 faiz daha yüksəkdir. Həkim vurğulayıb ki, bu göstərici hətta siqaret çəkmə ilə əlaqəli riskdən də üstündür.
“Yaşlı bir insanın stuldan qalxa bilmədiyini, tarazlığını itirdiyini və gündəlik işlərini müstəqil görə bilmədiyini görəndə bunun səbəbi yaş deyil, əzələ çatışmazlığıdır”, – deyə Poveda bildirib.
Həkimin sözlərinə görə, əzələlər orqanizmdə qlükoza səviyyəsinin tənzimlənməsində mühüm rol oynayır, insulinə həssaslığı artırır, sümükləri qoruyur, hormonal tarazlığı dəstəkləyir və xəstəlik zamanı bədənin istifadə etdiyi amin turşuları ehtiyatı kimi xidmət edir. Bu isə sağalma prosesində böyük əhəmiyyət daşıyır.
Həmidə İbrahimova
Baxış sayı:113
Bu xəbər 05 İyun 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















