Icma.az
close
up
RU
Şirkət rəhbərlərinin 3,2 milyonluq dələduzluq işi ilə bağlı qərar qismən ləğv edildi

Şirkət rəhbərlərinin 3,2 milyonluq dələduzluq işi ilə bağlı qərar qismən ləğv edildi

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali Məhkəmədə "İdeal-V” tikinti şirkətinin dələduzluqda təqsirləndirilən direktoru Çingiz Məmmədovla təsisçisi və faktiki rəhbəri olan İsa Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. 
 

Qeyd: 2017-ci ilin iyun-avqust aylarında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “İdeal-V” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı başlanan araşdırma zamanı cəmiyyətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən cəmiyyətin təsisçisi və faktiki rəhbəri İsa Məmmədovla qabaqcadan əlbir olub, qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 717-ci məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə sataraq 3.206.310 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
 

Vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar bundan yayınıblar. Buna görə barələrində avqustun 17-də məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
 

Zərərçəkmişlər bildiriblər ki, “İdeal-İ İnşaat” MTK 60 mənzili 90 nəfərə satıb. Onların sözlərinə görə, inşa olunan binadan ev almaq istəyən vətəndaşlar 180 - 250 min manat arasında ödəniş edib.
 

Binanın inşasına 2007-ci ildə başlanılıb və 2012-ci ildə tikinti yekunlaşıb. Ancaq tikinti yekunlaşsa da, mənzillər öz sahiblərinə təhvil verilməyib. Zərərşəkmişlərin əksəriyyəti pulu birbaşa şirkət rəhbərliyinə ödəyib.
 

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirli biliniblər.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ç.Məmmədov 10 il, İ.Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see191

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see170

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see158

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see131

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see126

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see122

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see122

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see117

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see117

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see116

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see116

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see116

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see115

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see115

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see114

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see114

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see113

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see113

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri