Şirkətdən 23 600 manat oğurlandı
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən 23600 manat pul oğurlaması barədə polisə məlumat daxil olub.
Modern.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, həmin şirkətdə işləyən 32 yaşlı O.İslamov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

