“Sirr deyil ki, tariflər aşağıdır...”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
“Sirr deyil ki, tariflər aşağıdır və “Azəristiliktəchizat” bu gün subsidiya ilə işləyir”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Ona görə də istənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olması ilə yanaşı, əlavə subsidiya tələb edir. Subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır. 2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzləndi. Bu, artıq təsərrüfat üçün müəyyən qədər nəfəs almağa, gəlirlərin müəyyən qədər artmasına imkan verdi. Bu, haradasa bizə 2 milyona yaxın əlavə gəlir verdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında müəyyən olundu. Bu da gəlirlərin iki dəfə artımı deməkdir”, - deyə İlham Mirzəliyev qeyd edib.
Nuranə Daxilqızı
Baxış sayı:63
Bu xəbər 23 Aprel 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















