Icma.az
close
up
RU
Şirvanda içkili gəncin zarafatı cinayətə səbəb oldu

Şirvanda içkili gəncin zarafatı cinayətə səbəb oldu

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Şirvan şəhərində dostluq münasibətində olan gənclər arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 30-da şəhərin Heydər Əliyev prospektində yerləşən 11 saylı tam orta məktəbin qarşısında baş verib. 
Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Məhəmməd həmin gün saat 23 radələrində orta məktəbin qarşısında Məhərrəmin ona qarşı söyüşlə zarafat etməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan mübahisə edib. O, Məhərrəmin ünvanına ucadan nalayiq ifadələr işlədib, yumruqla onun sifətindən, təpiklə bədəninin müxtəlif nahiyələrindən vurub. 
Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Məhərrəm onun sinif yoldaşı olub: “Onunla münasibətlərimiz həmişə normal olub. Martın 30-da, saat 23 radələrində Məhərrəm zəng vuraraq hal-əhvalımı və harada olduğumu soruşdu. Mən isə yaşadığım evdə olduğumu bildirdim. O, məndən siqaretimin olub-olmamasını soruşdu. Mən də dörd ədəd siqaretim olduğunu bildirdim. Sonra Məhərrəm məndən yaşadığı evə gətirərək siqaret verməyimi xahiş etdi. Mən Məhərrəmin yaşadığı evə getdim, onu küçəyə çağıraraq  iki ədəd siqaret verdim. Həmin vaxt Məhərrəm içkili olub və bildirdi ki, evdə oturmaq istəmir. Təklif etdim ki, birlikdə gəzişək O, razılaşdı və Məhərrəm ilə birlikdə küçədə gəzməyə başladıq. Küçə ilə gedən zaman Məhərrəmin cibində üç ədəd spirtli içkinin olduğunu gördüm. Bildirdim ki, sənin cibində spirtli içki var, həmin içkiləri qəbul etmə, spirtli içki qəbul etdikdən sonra sən özünü normal aparmırsan. Məhərrəm bildirdi ki, narahat olma, içki içsə də, özünü idarə edə bilir. Məhərrəm ilə birlikdə Heydər Əliyev prospektində yerləşən 11 saylı məktəbin qarşısında olduğumuz zaman mənimlə söyüşlə zarafat etməyə başladı. Məhərrəmə söyüşlə zarafat etməməsini bildirdim. Məhərrəm isə yenidən mənimlə eyni formada danışmağa başladı. Bundan sonra yumruqla onun üz nahiyəsinə vurdum. Məhərrəm yerə yıxıldı, sonra yerdən qalxaraq uca səslə söyüş söyməyə başladı. Bir müddət sonra iki nəfər bizə yaxınlaşdılar. Həmin şəxslər bizi sakitləşdirdi, bundan sonra yaşadığım evə getdim”. 
Bu işə Şirvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1500 manat miqdarında cərimə olunub. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Dekabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri