Icma.az
close
up
RU
Şirvanda sahibkarlar alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılıblar

Şirvanda sahibkarlar alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılıblar

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Şirvanda fəaliyyət göstərən biznes subyektləri qiymətli kağızlar bazarı vasitəsilə alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanları barədə məlumatlandırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, ənənəvi bank kreditləri ilə yanaşı, sahibkarların istifadə edə biləcəyi bir sıra alternativ maliyyələşmə alətləri var.

Bu alətlərdən olan qiymətli kağızlar biznes subyektlərinə sərmayə cəlb etmək, maliyyə dayanıqlığını artırmaq və böyümə strategiyalarını reallaşdırmaq üçün yeni imkanlar təqdim edir. Regionlarda fəaliyyət göstərən sahibkarların bu imkanlardan xəbərdar olması və praktiki biliklər əldə etməsi məqsədilə “İnvestisiya səyahəti” layihəsi 2025-ci ildə də davam etdirilir.

Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Bakı Fond Birjasının, Şirvan Şəhər İcra Hakimiyyətinin və investisiya şirkətlərinin iştirakı ilə Şirvanda “İnvestisiya səyahəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.

Tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri üçün Bakı Fond Birjasının Listinq Məsləhət Proqramının imkanları, sahibkarlıq subyektlərinin alternativ maliyyəyə cəlb olunması üsulları, qiymətli kağız buraxılışında anderraytinq xidməti və kapital bazarında investor olmağın üstünlükləri mövzularında təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd olunub ki, bu, sayca on beşinci belə tədbirdir. Mütəmadi olaraq təşkil olunan “İnvestisiya səyahəti” tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri