Şirvanda zəncirvari qəza törədən avtomobil 4 piyadanı vurdu
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şirvanda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.
Belə ki, “VAZ 2106” markalı avtomobil əvvəlcə yol kənarında dayanan bir neçə taksiyə toxunub və daha sonra şadlıq sarayının qarşısında dayanan toydan çıxan 4 nəfəri vurub.
Həmin şəxslər Qaradağ sakini, 1989-cu il təvəllüdlü Xətai Sadıqov, Sabirabad sakini, 1993-cü il təvəllüdlü Cavidan Nəsirov, Şirvan sakini, 1971-ci il təvəllüdlü Bəxtiyar Nəzərov və Hacıqabul sakini, 1987-ci il təvəllüdlü Seymur isrəfilovdur.
Piyadalar müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Noyabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















