Icma.az
close
up
RU
Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı xanı Hüseynqulu xanın nəticəsi Paris Malikqızı Azərbaycan mətbuatında ilk dəfə olaraq AZXEBER.COM-a müsahibə verib. O son günlər gündəmdə olan Rus evinin bağlanması haqda danışıb. 

- Bildiyiniz kimi, Bakıda Rus Evi bağlanıb. Bu hadisəni necə qiymətləndirirsiniz?

- Bu, tarixi ədalətin gec də olsa, bərpa olunmasının kiçik, amma əhəmiyyətli addımıdır. Mənim üçün bu məsələ təkcə siyasi yox, həm də şəxsi xarakter daşıyır. Mənim babam Hüseyn Qulu xan 1806-cı ildə Bakı qalasını işğal etmək istəyən Sisianovu məhv etmişdi. O vaxt Rusiya imperiyası Qafqazda öz qanlı siyasətini yürüdürdü və yerli xalqları əsarət altına almağa çalışırdı. Babam, öz torpağının, öz xalqının azadlığı uğrunda savaşan bir sərkərdə idi. O bu addımı ilə adını tarixə yazdırmışdı. 

- Sizcə, Rus Evinin bağlanması Azərbaycanın milli kimliyi baxımından hansı mesajı verir?

- Bu, sadəcə bir bina və ya təşkilatın bağlanması deyil. Bu, uzun illər Azərbaycanın mədəni, siyasi və informasiya sahəsində rus təsirinə məruz qalmasının sonuna doğru atılmış bir addımdır. Azərbaycan müstəqil dövlətdir və bizim tariximizi, mədəniyyətimizi, gələcəyimizi özümüz müəyyən edirik. Rus Evi kimi institutlar, əslində, mədəniyyət adı altında hələ də imperiya düşüncəsini təbliğ edirdi. Buna artıq yer yoxdur. Azərbaycan qalib dövlətdir və heç kim onunla təhdid dilində danışa bilməz. 

- Bəziləri Rus Evinin bağlanmasını diplomatik gərginlik kimi dəyərləndirir. Siz nə düşünürsünüz?

- Azərbaycan öz suverenliyini qoruyur və öz milli maraqlarına uyğun qərarlar qəbul edir. Rusiya imperiyası əsrlərlə bu regionda dominant olmaq istəyib, amma artıq o dövr bitib. Əgər kimsə bunu diplomatik gərginlik kimi görürsə, deməli, o, hələ də köhnə imperiya düşüncəsindən çıxmayıb. Azərbaycan öz mədəni və siyasi məkanını özü formalaşdırmalıdır və bu istiqamətdə addımlar atması təbiidir.

- Tarixə nəzər salsaq, sizcə, ulu babanızın Sisianovu məhv etməsi və bu gün Rus Evinin bağlanması arasında bir bağlılıq varmı?

- Tarix təkrarlanır, amma bu dəfə fərqli formada. O zaman babam Hüseyn Qulu xan birbaşa işğalçını cəzalandırmışdı. Bu gün isə Azərbaycan öz informasiya və mədəniyyət sahəsindəki işğaldan qurtulmağa çalışır. Əsas odur ki, artıq biz öz tariximizi, öz qərarlarımızı başqalarının təsiri olmadan yazırıq. Sadəcə onu deyə bilərəm ki, bu gün ulu babamın ruhu şaddır. 

- Son olaraq nə demək istərdiniz?

- Azərbaycan xalqı öz müstəqilliyini qorumağa və tarixi ədaləti bərpa etməyə davam edəcək. Biz nə unuduruq, nə də bağışlayırıq – sadəcə, öz yolumuzla irəliləyirik. Bu gün Rus Evinin bağlanması təkcə bir təşkilatın fəaliyyətinə son qoymaq deyil, həm də yeni bir dövrün başlanğıcıdır.

Xatırladaq ki, Bakı xanı Hüseynqulu xan 1792-1806-cı illərdə Bakı xanı olub. Hüseynqulu xan olduqca mürəkkəb beynəlxalq şəraitdə Rusiya və Qacarların idarə etdiyi İran arasında manevr etməli olur. Rusiya imperatriçəsi II Yekaterinanın fərmanı ilə Rusiyanın himayəsinə keçən Hüseynqulu xan rus ordusunun Azərbaycanı tərk etməsindən sonra Ağa Məhəmməd şah Qacara meyil edir. Qacarın qətlindən sonra Bakı xanlığı yenidən müstəqilliyini bərpa edir. XIX əsrin əvvəlində Bakı xanlığı uğrunda dövlətlərarası mübarizə yenidən kəskinləşir. 1803-cü ildə yenidən Rusiyadan asılılığı qəbul edən Hüseynqulu xan az sonra bu asılılıqdan imtina edir.
Bakı xanı Hüseynqulu xan qaçandan 20 il sonra yenidən qoşun yığıb Abşeronu ruslardan azad edir. Amma İçərişəhəri ala bilmir və rus qarnizonunu mühasirədə saxlamağı bacarır. İçərişəhər yaxınlığında rus qarnizonu ilə Hüseynqulu xanın qoşunu arasındakı döyüşdə hər iki tərəfin silah sursatı qurtarır və ruslar Dağıstana xəbər göndərərək Hacı Tərxandan əlavə kömək alırlar.

1805-ci ildə general Pavel Sisianov Bakı xanlığına hücum edir. İlk hücum uğurlu alınmasada ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır. Bakı xanı Hüseynqulu xan onunla danışıqlar aparmaq üçün onu Qala qapısının yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısın yanına gəlir. Burada o Hüseynqulu xan ilə danışanda Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür. Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Bakı işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi.


Günel
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri