Sivassporla oyunda ağır zədələnən Barış Alperin və Osimhenin vəziyyəti açıqlanıb
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Super Liqasının XV turunda "Qalatasaray"ın "Sivasspor"la qarşılaşdığı matçda Viktor Osimhen və Barış Alper Yılmaz zədələnib.
Xalqcebhesi.az xəbər verir ki, "sarı-qırmızılılar" iki futbolçunun sağlamlıq durumu ilə bağlı açıqlama yayıb.
Viktor Osimhenin sağ ayağındakı əzələsində gərilmə və qanaxma aşkarlanıb.
Həmin qarşılaşmada zədə alan Barış Alperin sol dizinin yan bağlarında dartılma, orta dərəcəli gərilmə müəyyən edilib. Bundan əlavə, onun ayaq biləyinin daxili yan bağında gərilmə, qanaxma, bilək sümüklərində ödəm (mayenin həddindən artıq yığılması) aşkar olunub.
Barış Alper Yılmazın təxminən 3 həftə meydanlardan uzaq qalacağı gözlənilir. Milli futbolçunun ödəm vəziyyətindən asılı olaraq meydana qayıtması 1 ay çəkə bilər.
Viktor Osimhen isə təxminən 2 həftə oynaya bilməyəcək.
Qeyd edək ki, hər iki futbolçunun müalicəsinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Dekabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















