Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Siyasi ambisiyadan fantastik ssenarilərə

Siyasi ambisiyadan fantastik ssenarilərə

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qalstanyanın kağız üzərindəki xəyalları faş olur

Özünü “Müqəddəs mübarizə” hərəkatının lideri adlandıran arxiyepiskop Baqrat Qalstanyanın İrəvandakı evində axtarış zamanı onun gələcək planlarını əks etdirən sənəd aşkarlanıb. Sənəd özündə “düşmən ölkəyə hücumu və 150–250 min mülki şəxsin ələ keçirilməsi”ni əks etdirir. Bu barədə 2025-ci il iyunun 25-də dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılan din xadiminin vəkilləri məlumat veriblər. Bundan əvvəl isə Ermənistan İstintaq Komitəsinin rəhbəri Artur Poqosyan parlamentdə çıxışı zamanı iş materiallarında Qalstanyan tərəfindən yazılmış bir sənədin olduğunu qeyd etmişdi. Müdafiə tərəfini təmsil edən şəxslər sənədin həqiqiliyinə ciddi şübhə ilə yanaşdıqlarını bildiriblər.

Mətndə “düşmən ölkə”nin konkret adı çəkilməsə də, hadisələrin kontekstinə görə bunun Azərbaycan olduğu ehtimal edilir. Qeyd edək ki, Qalstanyan daha əvvəl Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri olub, 2024-cü ilin yazında Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasına qarşı çıxıb. Həmin proses çərçivəsində Qazax rayonunun dörd kəndi Azərbaycana qaytarılıb. Bundan sonra o, “Vətən üçün Tavuş” adlı kütləvi etirazlara start verib. Hərəkat Tavuşdan başlayaraq İrəvana doğru yürüşə çevrilib. Müxalif qüvvələr Qalstanyanı baş nazir postuna vahid namizəd kimi görürdü. Lakin gözlənilən geniş kütləvi dəstək baş vermədi. Paytaxtda etirazlara 10 mindən çox insan qatılmadı və aksiyalar qısa müddətdə səngidi. 2025-ci ilin iyununda vəziyyət daha da gərginləşdi. Ermənistanın hüquq-mühafizə orqanları Qalstanyanı və tərəfdarlarını saxladı. Onlara qarşı silahla hakimiyyəti ələ keçirmə, terror aktlarının təşkili, sui-qəsd planları kimi ittihamlar irəli sürüldü. İstintaqın məlumatına görə, “Müqəddəs mübarizə” hərəkatı çərçivəsində hər biri 25 nəfərdən ibarət 200–250 zərbə qrupu formalaşdırılırdı. Bu qruplara hərbçilər və polis əməkdaşları da cəlb olunmalı idi. Onların planlarına inzibati binaların ələ keçirilməsi, yanğınlar və terror aktları törədilməsi, nəqliyyat qovşaqlarının bloklanması, kiberhücumlarla elektrik və internetin kəsilməsi kimi əməllər daxil idi. İstintaq orqanları bildirirlər ki, 2025-ci ilin əvvəlinə qədər prosesə 1000-dən çox şəxs cəlb olunmuş və xeyli sayda yandırıcı vasitələr hazırlanmışdı. Sübut kimi telefon danışıqları və gizli görüşlərin videoları təqdim edilib.

Ermənistanın baş naziri Nikol Paşinyan olayla bağlı bildirib ki, müəyyən qüvvələr regionda sülh prosesini pozmaq və ölkədə sabitliyi sarsıtmaq istəyir.

Qalstanyanın məhkəmə prosesi 2025-ci ilin avqustundan başlayıb. Müdafiə tərəfi isə ittihamları rədd edir. Vəkil Ovannes Xudoyan qeyd edib ki, istintaq hələ də Qalstanyana aid olduğu iddia edilən yazılar üzrə ekspertiza aparmayıb. Digər vəkil Tatevik Soqoyan isə sənədin məzmununu “absurd” adlandırıb. Onun sözlərinə görə, ingilis dilində yazılmış mətndə müxtəlif ölkələrin adı çəkilir: “Belə iddialar təkzibedilməz sübutlara əsaslanmalıdır. Bu halda yeganə vasitə qrafoloji ekspertiza ola bilərdi, lakin o nə təyin olunub, nə də keçirilib”. Həmçinin “düşmən ölkəyə daxil olaraq yüz minlərlə mülki şəxsin ələ keçirilməsi” kimi qeyri-real plan təsvir olunur. Vəkil ehtimal edir ki, həmin qeydlər radikal şəxslər tərəfindən yazıla və sadəcə, Qalstanyanın yanında saxlanıla bilər: “Sənəddə Rusiya, Belarus, İran, Çin, İspaniya, Gürcüstan, Hindistan və Kipr qeyd olunur. Mətndə iddia edilir ki, bütün bu ölkələr hansısa plana cəlb olunmalı idi. Həmçinin “düşmən ölkəyə” sızma və 150–250 min mülki şəxsin girov götürülməsindən bəhs edilir. Bu mətnin məzmunu açıq-aşkar absurddur”.

B.Qalstanyanın evində axtarış zamanı ortaya çıxan bu sənəd müzakirəni hüquqi müstəvidən çıxarıb daha geniş mənzərəyə gətirir. Söhbət sadəcə, bir kağız parçasından getmir. Burada cəmiyyətə hansı düşüncənin aşılanmasından bəhs etmək lazımdır. “Düşmən ölkəyə hücum” və yüz minlərlə mülki insanın ələ keçirilməsi kimi fikirlər normal siyasi mübarizə ilə heç bir halda uzlaşmır. Ancaq Qalstanyanın son illərdəki fəaliyyəti göstərir ki, o, emosiyalar üzərindən hərəkət etməyə üstünlük verir. Vəkillərin “bu sənəd sübut deyil” arqumenti isə inandırıcı təsir bağışlamır. Əgər belə qeydlər doğrudan da təsadüfi idisə, niyə məhz onun evində saxlanılırdı? Üstəlik, məzmunun özü təsadüfi qeydlərə bənzəmir: konkret istiqamət, konkret hədəf var. Sadəcə “ekspertiza aparılmayıb” deməklə məsuliyyətdən yayınmaq cəhdi vəziyyəti dəyişmir.

Ən narahatedici məqam isə mülki insanlara münasibətdir. Siyasi iddialar naminə yüz minlərlə insanın taleyini plan kimi təsvir etmək artıq qırmızı xəttin keçilməsi deməkdir. Əgər “düşmən ölkə” deyərkən Azərbaycanın nəzərdə tutulduğu iddia edilirsə, bu artıq reallıqdan qopmuş düşüncənin göstəricisidir. Yüz minlərlə insanı ələ keçirmək kimi fantaziyalar nə hərbi, nə də siyasi baxımdan mümkün ssenaridir. Bu, ancaq kağız üzərində qurulan xəyallardır.

Milli Məclisin deputatı, politoloq Elçin Mirzəbəyli bildirib ki, Cənubi Qafqazda baş verən son hadisələr artıq təsadüfi epizodlar kimi deyil, vahid strateji xətt üzrə idarə olunan təhlükəli ssenarinin tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Aşkar edilən sənəd bu baxımdan sadəcə hüquq-mühafizə faktı deyil, açıq şəkildə terror mahiyyətli planın mövcudluğunu ortaya qoyur. Sənəddə “düşmən ölkəyə hücum” və “150–250 min mülki şəxsin ələ keçirilməsi” kimi müddəaların yer alması, artıq klassik hərbi qarşıdurmadan deyil, genişmiqyaslı girov siyasətindən və etnik zorakılıqdan xəbər verir. Bu, beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə meydan oxumaqla yanaşı, faktiki olaraq, soyqırımı cinayətlərinə hazırlıqdır. Çünki burada söhbət təkcə hərbi-strateji məqsədlərdən deyil, etnik əsaslı təzyiq və kollektiv cəza mexanizmlərindən gedir. Belə yanaşma regionda artıq tarixə qovuşduğu düşünülən dəhşətli müharibə cinayətlərinin, terrorizm və vandalizm metodlarının yenidən gündəmə gətirilməsi deməkdir. Bu isə Ermənistan daxilində müəyyən dairələrin hələ də revanşist və destruktiv ideologiyadan imtina etmədiyini açıq şəkildə göstərir”.

Deputat deyib ki, məqsəd Cənubi Qafqazda yeni qarşıdurma ocağı yaratmaq, Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan sülh gündəliyini iflic etmək və regionu yenidən geosiyasi manipulyasiya meydanına çevirməkdən ibarətdir: “Burada artıq “təsadüf” anlayışı tamamilə sıradan çıxır. Çünki müəyyən zaman fərqi ilə aşkarlanan ssenarinin zamanlaması, məzmunu və hədəfləri arasında paralellər açıq şəkildə görünür. Ermənistan daxilində kilsə və radikal millətçi çevrələrin aktivləşdirilməsi klassik “parçala, hökm sür” strategiyasının yeni fazaya keçdiyini göstərir.

Burada məqsəd, çox güman ki, iki istiqamətdə paralel zərbə vurmaqdan ibarət olub. Bir tərəfdən sərhədlərdə eskalasiya potensialını artırmaqla hərbi gərginlik yaratmaq, digər tərəfdən isə daxildə siyasi sabitliyi sarsıtmaqla dövlətin müqavimət qabiliyyətini zəiflətmək məqsədi güdüb. Ssenarinin gedişatına uyğun olaraq, hər iki xəttin kəsişdiyi nöqtədə isə idarəolunan böhran modeli formalaşdırılmalı, bu model isə xarici təsir mərkəzinə region üzərində nəzarəti yenidən bərpa etmək imkanı verməli idi”.

E.Mirzəbəylinin fikrincə, ortada olan faktlar bir daha sübut edir ki, Cənubi Qafqazda mübarizə, çoxşaxəli və koordinasiyalı hibrid müharibə formatında aparılır: “Bu mübarizədə əsas hədəf isə təkcə ərazilər deyil, dövlətlərin siyasi sabitliyi və gələcək inkişaf trayektoriyasıdır. Bütövlükdə, regionda sülhə qarşı yönəlmiş planlar fərqli coğrafiyalarda yazılsa da, onların müəllifi və məqsədi demək olar ki, eynidir”.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Aprel 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see660

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see431

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see386

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see276

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see269

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see267

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see251

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see237

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see231

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see218

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see211

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see210

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see208

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see203

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see201

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see192

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see192

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see186

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri