Icma.az
close
up
RU
Siyasi demaqogiyanın iflası: Bir həbslə çökən “düşərgə” və kirli oyunların sonu

Siyasi demaqogiyanın iflası: Bir həbslə çökən “düşərgə” və kirli oyunların sonu

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Mürəkkəb görünən siyasi proseslərlə əlaqədar bütün dövrlərdə ictimaiyyətə aydınlıq gətirə biləcək əsas məfhum siyasi maarifçilik hesab olunub. Məhz buna görə də sözügedən sahə hər zaman həm ölkə daxilində radikal düşərgənin “kirli” təzyiqləri ilə rastlaşıb, həm də xarici dövlətlərin müvafiq beyin mərkəzlərinin hədəfində olub. Təsadüfi deyil ki, hələ ötən əsrin doxsanıncı illərindən etibarən qlobal oyunçular tərəfindən siyasi maarifçiliyin kiçik dövlətlərdə peşəkar fəaliyyət növü kimi unutdurulub, siyasi münasibətlər müstəvisindən tamamilə çıxarılmasına dair cəhdlər edilib. Əvəzində isə Qərbin siyasi texnologiyalar nəzəriyyəsi sürətlə inkişaf edib və cəmiyyətin siyasi şüuru daha hiyləgər manipulyasiya metodları ilə tamamilə qarışdırılıb. Təəccüblü deyil ki, bizim ədəbiyyat və mətbuatda “milli siyasi fikir” ifadəsi ilə rastlaşmaq demək olar ki, artıq mümkün deyil.

Ona görə də sürətli informasiya axınları dövründə məsuliyyətli vətəndaş öz siyasi ayıq-sayıqlığını qorumağa məcburdur. Mövcud məsələdə isə insanın harayına yetən məhz siyasi maarifçilik ola bilər. Obyektiv və adekvat yanaşmanı tərənnüm edən siyasi maarifçilik vətəndaşı qərəzli manipulyasiyalardan sığortalayır və onu kiminsə kirli oyunlarında sadəcə alət kimi istifadə olunmaqdan qoruyur. Siyasi maarifçilik həm də küçədə cibgir kimi dolaşan və hər an yarana biləcək istənilən dolaşıqlığı öz yaramaz əməllərini həyata keçirmək üçün fürsət bilən radikalların demaqoji əməllərinin də qarşısını ala bilir. Odur ki, özünü müasir adlandıran bu qoca dünyada siyasi maarifçilik tətbiqi aktuallığını bərpa etməli və qorumalıdır.

Əslində, bu günlərdə şahidlik etdiyimiz bəzi hadisələr siyasi maarifçiliyi dolayı yolla aktiv fəaliyyətə dəvət edir. Dəqiq olan odur ki, bizə məlum olmayan hansısa xoşagəlməz hadisə və tendensiyaların qarşısını almaq üçün hökumət hərəkətə keçib və müşahidə etdiyimiz bütün hadisələr arasında mütləq ki, müəyyən bir əlaqə mövcuddur. Təbii ki, biz də vahid cəmiyyət olaraq müəyyən qənaətlərə gəlməli və yaşanan bu hadisələrdən doğru dərsləri çıxarmağı bacarmalıyıq. Xarici qüvvələrin təxribatçı alətinə çevrilmiş bir qrup dəstənin pozucu fəaliyyətinin nəticəsində bəzi dövlətlərdə yaşanmış fəlakət və böhranları əsla unutmaq olmaz.

Qeyd olunanlar müstəvisində yaşanan son hadisələrlə əlaqədar cəmiyyətdə adekvat baxışların olması üçün mütləq şəkildə bir məsələyə xüsusi olaraq diqqət yetirilməlidir. Uzun illər ərzində cəmiyyətə “müxalifətin lideri” kimi sırınan Əli Kərimli həbs olunub. Axı deyəsən, istənilən bir “lider”, hətta cinayət aləminin belə “lideri” həbs olunduğu təqdirdə narazılar hərəkətə keçir və öz etirazlarını bu və ya digər formada nümayiş etdirirlər?! Ən azından analoji hadisələrin bu cür ssenarilər üzrə inkişaf etməsini biz baxdığımız filmlərdə görmüşük. Bəs biz Azərbaycanda “bu boyda” hadisədən sonra nələrə şahidlik edirik?

Şahidlik etdiyimiz mənzərənin tam adı “sükutdur”. O, radikal düşərgənin həqiqətən də “lideri” olmuş olsaydı, mütləq ki, müxtəlif kütləvi xarakterli təxribatlara şahidlik edərdik. Reallıqda isə ən azından aksiyalara oxşayan tamaşalar belə olmadı. Demək ki, bilməli olduğumuz birinci həqiqət odur ki, nə bu siyasipərəst “lider”dir, nə də ki bu “qorxunc” düşərgə reallıqda heç yox imiş. Var olan ancaq insanları çaşdıran boş-boğaz emosional demaqogiya və bu cür emosional manipulyasiyalardan istifadə edən “qüvvələr” imiş. Heç şübhəsiz ki, cərəyan edən proseslər də məhz həmin “qüvvələrin” tərk-silah olunmasına hesablanıb.

Hadisələrdən öyrəndiyimiz digər vacib həqiqət odur ki, bu demaqoqun ətrafında saxta tərəfdaşları birləşdirən yeganə dəyər pul və özü kimi saxta olan vədlər imiş, əsla hansısa siyasi əqidə deyilmiş. Görünən də odur ki, təxribatlara ayrılan vəsaitlərin də tək nəzarətçisi elə özü imiş. İndi də həbsdə olduğu üçün 5–3 manat ayıra bilmir ki, bir-iki nəfər şivən qoparan cəlb etsinlər.

Diqqət yetirməli daha bir əlamətdar məsələ var. Bəli, bizə aydın oldu ki, reallıqda heç bir radikal düşərgə yoxdur. Ancaq onu da diqqətdən qaçırmamalıyıq ki, müxalifətdə olan siyasi partiyalar tərəfindən ümumiyyətlə bu psevdoliderin həbsi ilə əlaqədar heç bir rəsmi mövqe bildirilmədi. Əksinə, istənilən təxribat və xainlik əlaməti siyasi partiyalar tərəfindən aktiv şəkildə tənqid olundu. Sözügedən fakt bilavasitə onu sübut edir ki, Ə. Kərimli apriori olaraq müxalifətin lideri ola bilməzdi. Bu ad ona yalnız qrant axınlarına nəzarət etmək üçün lazım idi. Onun bu saxta statusundan ölkənin daxili məsələlərinə müdaxilə etmək istəyənlər də faydalanırdılar.

Müəyyən hadisələrin əsl səbəblərini anlamaq üçün onu da diqqətdən qaçırmamalıyıq ki, bu cür şərti “statuslu” siyasətçiyə ölkə daxilində nəzarət edənin də mütləq olaraq siyasi çəkisi artmış olur. Ehtimal edə bilərik ki, məhz bu fikrin arxasında əsl həqiqətlər gizlənib. Sözügedən mülahizə “niyə siyasi partiyalar sahəsində aparılan islahatlar kimlərisə çox narahat edirmiş?”, “niyə siyasi dialoq mühiti kimlərinsə qıcıqlanmasına səbəb olurmuş?”, “niyə təşviq olunan siyasi dialoq mühiti heç olmasa bircə dəfə guya ki, demokratiya uğrunda mübarizə aparan beynəlxalq təşkilatların hesabatlarında qeyd olunmur?” və nəhayət, “niyə radikal müxalifət siyasi dialoqdan imtina edirmiş?” – kimi sualları konkret şəkildə cavablandırır. Qeyd olunan faktlar və sadalanan sualların cavabları bizə deməyə əsas verir ki, Ə. Kərimli müxalifətin qəhrəmanı kimi yox, yalnız komikslərin lideri kimi çıxış edə bilər. Həbs faktı belə onu bu komikslərin “qəhrəmanı” statusundan xilas edə bilməz. Bu cür məzlum obrazlı nağılları Azərbaycan xalqı öz təcrübəsində çox görüb.

Bilməli olduğumuz digər önəmli həqiqət odur ki, bu cür avantürist demaqoqların şivənliyi səbəbindən həqiqətən də vətənpərvər olan siyasətçilər və siyasi partiyalar əziyyət çəkir. Çünki onların bu cür, yumşaq desək, “məsuliyyətsiz” davranışları səbəbindən müxalifətçilik institutuna zərbə vurulub və müxalifət məfhumu əhalinin ictimai şüurunda neqativ assosiasiyalar yaradıb. Odur ki, bütün təzyiqlərə rəğmən ölkədə aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti və mövcud istiqamətdə aparılan islahatların həm də siyasi partiyalarla əlaqədar sağlam siyasi qüvvə kimi sosial stereotiplərin formalaşmasına xidmət etdiyini deyə bilərik. Heç şübhəsiz ki, bu gün bu hadisələrə bulaşmayacaq siyasətçilər və siyasi partiyalar böyük ehtimalla gələcəkdə bu millət və dövlətin əsl milli qüvvəsinə çevrilmək haqqını qazanmış olacaqlar.

Politoloq Asif Adil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see635

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see270

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see244

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see218

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see204

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see196

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see191

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see181

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see177

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see175

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see155

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see148

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see142

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see140

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri