Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

Siyasi iradə və qarşılıqlı etimad çoxtərəfli əməkdaşlığın davamlılığını təmin edir

Siyasi iradə və qarşılıqlı etimad çoxtərəfli əməkdaşlığın davamlılığını təmin edir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Sentyabrın 30-da Bakıda Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə keçirilən görüşlər və mətbuata bəyanatlar iki ölkə arasında möhkəm strateji tərəfdaşlığın davamlılığını bir daha nümayiş etdirir. Azərbaycan və İtaliya bu gün həm dost və etibarlı tərəfdaşlar, həm də Avropa məkanında qarşılıqlı maraqlara əsaslanan çoxşaxəli əməkdaşlıq modelini formalaşdıran dövlətlərdir.

İtaliya Prezidentinin ölkəmizə ikinci rəsmi səfəri münasibətlərin ardıcıl şəkildə inkişaf etdiyini təsdiqləyir. Bu amillər siyasi dialoqun sabit və qarşılıqlı etimada əsaslandığını göstərir. Dövlətlərarası müntəzəm görüşlər, imzalanan sənədlər və həyata keçirilən layihələr bu əməkdaşlığın dərinliyini və davamlılığını təsdiqləyir.
İkitərəfli münasibətlərin institusional əsası 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi ilə qoyulub. 2020-ci ildə isə bu dost dövlətlər Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qəbul ediblər. Hər iki sənəd Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirib, İtaliyanın isə Cənubi Qafqazla əməkdaşlıq siyasətində yeni imkanlar açıb. Həmin illər ərzində siyasi əlaqələrin intensivliyi artıb, hökumətlərarası komissiyalar və parlamentlərarası münasibətlər daha da möhkəmlənib.
İqtisadi sahədə isə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ildən-ilə yüksəlir. Azərbaycanın sənaye və enerji sektorunda fəaliyyət göstərən İtaliya şirkətləri yüksək texnoloji həllər təqdim etməklə, qeyri-neft sektorunun inkişafında da mühüm rol oynayır.
Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Bu layihələr təkcə iqtisadi qazanc deyil, həm də uzunmüddətli siyasi sabitlik üçün strateji zəmin yaradır. Azərbaycan-İtaliya münasibətlərinin əsas sütunlarından biri elə enerji əməkdaşlığıdır. 2020-ci ildən etibarən Trans Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı İtaliyaya və digər Avropa ölkələrinə ixrac edilir. Bu layihə Avropanın enerji xəritəsində mühüm dönüş nöqtəsinə çevrilib. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir: “Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı”.
Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 14 ölkəyə təbii qaz ixrac edir. Boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Sözügedən fakt həm ölkəmizin enerji potensialının effektliyini, həm də etibarlı tərəfdaş imicini təsdiqləyir. Enerji sahəsindəki bu əməkdaşlıq yalnız iqtisadi sferada deyil, həm də beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın nümunəsi kimi dəyərləndirilir.
Enerji əməkdaşlığının növbəti mərhələsi artıq yaşıl enerji və elektrik ixracı istiqamətində formalaşır. Azərbaycan Avropa İttifaqı ilə birgə yeni layihə üzərində işləyir. Həmin layihə çərçivəsində Xəzər dənizinin dibi ilə çəkiləcək xətlər vasitəsilə Orta Asiyadan gələcək bərpa olunan enerji mənbələri ölkəmizdən keçərək Avropaya ötürüləcək. Bu amillər həm Avropanın enerji diversifikasiyasına, həm də Azərbaycanın beynəlxalq enerji tranzit mərkəzinə çevrilməsinə xidmət edəcək.
Azərbaycan-İtaliya münasibətlərinin başqa bir strateji istiqaməti elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı irəli sürdüyü təşəbbüs nəticəsində yaradılmış İtaliya-Azərbaycan Universiteti bu münasibətlərin humanitar ölçüsünü yeni səviyyəyə qaldırıb. Layihə Azərbaycan Respublikasının ADA Universiteti və İtaliyanın beş aparıcı ali məktəbi - Luiss Guido Carli, Sapienza, Turin Politexnik, Bolonya və Milan Politexnik universitetləri arasında 2022-ci ildə imzalanmış akademik sazişlər əsasında həyata keçirilib. Universitetin tədris binalarının təməli 2022-ci ildə Bakıda hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə qoyulub, 2025-ci ilin oktyabrın 1-də isə ilk tədris korpuslarının açılış mərasimi olub.
Bu ali təhsil müəssisəsi həm iki dövlətin akademik əməkdaşlığını, həm də mədəni yaxınlığını ifadə edir. Hazırda universitetdə 640 tələbə (538 bakalavr və 102 magistr) təhsil alır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Onlardan üçü ikili diplom proqramıdır və bu, tələbələrə həm Azərbaycan, həm də İtaliya diplomu əldə etmək imkanı verir. Universitetin yeni binaları müasir texnoloji imkanlarla təchiz olunub. Burada 6 tədqiqat və 7 tədris laboratoriyası, dizayn emalatxanaları, studiyalar və kitabxanalar fəaliyyət göstərir. Tədris korpusunda yerləşən “bazar meydanı” konsepti isə Azərbaycanın qədim İpək Yolu tarixini simvolizə edir. Bu meydanda tələbələr hər il layihələrini təqdim edərək, elmi ideyalarını biznes və sənaye mühitinə inteqrasiya edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər”. Bu fikir sübut edir ki, İtaliya-Azərbaycan Universiteti yalnız elmi biliklərin deyil, həm də qarşılıqlı mədəni anlaşmanın, dostluğun və inamın mərkəzidir.
Azərbaycan və İtaliya arasındakı münasibətlər siyasi iradə, qarşılıqlı hörmət və inam əsasında formalaşıb. Bu gün enerji, iqtisadiyyat, elm və mədəniyyət sahələrini əhatə edən çoxşaxəli əməkdaşlıq həm regionda sabitliyə, həm də Avropanın enerji və intellektual təhlükəsizliyinə xidmət edir. İki ölkə arasında qurulan bu strateji tərəfdaşlıq gələcək nəsillər üçün nümunə olacaq səviyyədədir.

Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see216

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see204

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see182

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see158

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see149

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see149

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see146

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see135

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see133

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see133

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see131

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri