Icma.az
close
up
RU
Ştaynmayerin səfəri: İkitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri nə vəd edir Açıqlama

Ştaynmayerin səfəri: İkitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri nə vəd edir Açıqlama

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri ikitərəfli münasibələrlə yanaşı, regionlararası əməkdaşlıq və Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması baxımdan siyasi əhəmiyyət kəsb edən səfərdir. Bunun üçün Almaniya Prezidentinin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlər və mətbuata verilən bəyanatlara diqqət yetirmək kifayətdir”. 

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Almaniya Prezidentinin Azərbaycana səfərini belə dəyərləndirə bilər:
“Birincisi, ikitərəfli münasibətlər baxımından. Səfər iki ölkə arasındakı münasibətlərin yeni bir mərəhələyə qədəm qoymasına öz töhfəsini verəcək. Hər iki tərəf bərabərhüquqlu səviyyədə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu verdikləri bəyanatlarla ortaya qoydular. Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı ilə bağlı məsələlərə toxunaraq əminliklə bəyan etdi ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək: “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq. Xüsusilə bərpaolunan enerji sahəsində və Almaniya şirkətlərinin də bu sahədə çox böyük təcrübəsi var. Azərbaycanın da bu istiqamətdə çox böyük proqramı, planları var”.

Almaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən Prezident Frank-Valter Ştaynmayer əlaqələrin inkişafı üçün iki ölkə arasında qədim tarixi bir ənənənin mövcud olduğunu və uzaq olmayan keçmişdə,  Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ildə Azərbaycanın Almaniya üçün böyük rol oynadığını diqqətə çatdırıb: “Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var.
Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var”.

Bu onu deməyə əsas verir ki, Almaniya Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində həm ikitərəfli, həm regional müstəvidə əməkdaşlıqda maraqlı olduğunu ortaya qoydu.

İkincisi, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı regional əməkdaşlığa  təkan verilməsi baxımdan geniş imkanlara malikdir. Bu gün Azərbaycan Avrasiya coğrafiyasında təkcə enerji dəhlizlərinin deyil, eyni zamanda logistika Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin xəritəsini müyyən edən açar ölkələrdən biridir.  

Üçüncüsü, Cənubi Qafqazda dayanıqlı sülhə töhfə verilməsi baxımdan da Almaniyanın mühüm rolu ola bilər. Bu gün Almaniya Avropa İttifaqının, ümumiyyətlə Avropanın gələcəyini müəyyən edən ölkələrdən biri kimi Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin əldə olunmasında ciddi rol oynaya bilər.

Dördüncüsü, Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafında Almaniya geniş imkanlara malikdir.

Beşincisi, Azərbaycanın öz maraqlarını və baxışlarını dünyaya çatdırmaq baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev Almaniya Prezidenti istər təkbətək, istər ikitərəfli görüşlərdə, istərsə də mətbuata bəyanatında Azərbaycanın daxili, xarici siyasəti, xüsusən də Ermənistanla sülh şərtləri barədə mesajlarını, mövqeyini dünyaya çatdırdı. Cənab Prezident İlham Əliyev beynəlxalq aləmə mesaj verdi ki, Azərbaycan sülühn tərəfdarı olduğu üçün ən optimal şərtlər irəli sürüb. Əgər Azərbaycan sülhdə maraqlı olmasaydı, elə şərtlər irəli sürərdi ki, qarşı tərəf bundan imtina edərdi. Cənab prezident həm də bəzi Avropa ölkələrinin, xüsusən də Fransanın bölgədə dayanıqlı sülhə mane olmasını beynəlxalq aləmin diqqətinə çatdırdı. Almaniya tərəfi də bu məsələ ilə bağlı mövqeyini ortaya qoyaraq Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etməsi çox mühüm əhəmiyyət kəsb edir. Yekun olaraq onu qeyd etmək olar ki, Prezident Frank-Valter Ştaynmayerin ökəmizə səfəri nəticə etibarilə Azərbaycan-Almaniya arasında ikitərəfli münasibətlərinin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, regional əməkdaşlığa təkan verəcək”.   

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 Aprel 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri