Icma.az
close
up
RU
Siyasi iradəyə, qətiyyətə sahib olmayanların QORXU KOMPLEKSİ TƏHLİL

Siyasi iradəyə, qətiyyətə sahib olmayanların QORXU KOMPLEKSİ TƏHLİL

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Apostol Kilsəsinə, eləcə də bir sıra bələdiyyələrə qarşı Ermənistan hökumətinin son vaxtlar “sərt hərəkətləri” ilə yadda qalan siyasi proseslərin nəzərəçarpacaq dərəcədə intensivləşməsi heç də təsadüfi deyil və ona görə də diqqəti cəlb edir. Həmin siyasi proseslər haqlı olaraq təzyiq dalğası hesab olunur. Maraqlıdır, yeni təzyiq dalğasının arxasında dayanan nədir? Bələdiyyə sədrlərinə və din xadimlərinə qarşı səs-küylü işləri sırf cinayət işi hesab edənlər də var, bunu qarşıdan gələn seçkilər ərəfəsində siyasi mənzərənin düşünülmüş şəkildə “təmizlənməsi” kimi başa düşənlər də. Belə çıxır ki, istənilən halda Ermənistanda baş verənləri ümumilikdə, qorxu kompleksi adlandırmaq olar.

Ermənistanın hazırkı hakimiyyətinin əslində, nəyə arxalandığını düşünən erməni əsilli politoloqlar hesab edirlər ki, heç də aktiv dəstəyə və ya ictimai laqeydliyə arxalanmayan hakimiyyət öz mövqeyini, özünü qorumaq üçün çəkindiyi qüvvələrin sıxışdırılmasını, təsir alətlərinin effektivliyini düzgün hesab edə bilər, amma siyasi partlayışı da nəzərdən qaçırmır. Çünki başa düşür ki, 2018-ci ildəki hadisələrin təkrarlanmasının və olma riskinin nə dərəcədə böyük olduğunun da fərqindədir. Xüsusən də, məhz 2018-ci ildə siyasi partlayış sayəsində, narazılıq dalğası yaradılması ilə hakimiyyətə gələnlər özləri üçün mümkün riskləri daha yaxşı başa düşürlər və elə bununla bağlı qorxu kompleksi də tamamilə başadüşüləndir.

Hazırda Ermənistan hakimiyyətinin kilsəyə qarşı kifayət qədər sərt hərəkətlərinin təkcə erməni cəmiyyəti deyil, bütün dünya ictimaiyyəti şahididir. Xüsusən də bələdiyyələrə qarşı sərt addımlar da diqqət mərkəzindədir. Bu sərt addımlar niyə edilir və səbəb nədir? Sözsüz ki, müşahidə edilənlər seçkilərlə bağlıdır. Hətta onu da başa düşmək çətin deyil ki, baş verənlər cinayət işi olsa belə, seçkilərlə bağlıdır. Bunların hamısının təsadüflər olduğunu, çoxlu sayda bələdiyyə işçilərinin və keşişlərin birdən-birə cinayət törətdiklərinin aşkarlandığını və bunun indi təsadüfən baş verdiyini təsəvvür etmək, ən azı, bəsit yanaşma, yanlışlıq sayılır. Heç şübhəsiz ki, olanlarda, baş verənlərdə siyasi kontekst var və hesab etmək lazımdır ki, bu siyasi kontekst seçkiqabağıdır. Əslində, artıq seçkilərə çoxdandır ki, hazırlıq gedir. Özü də bu, olduqca aktiv bir şəkildə baş verir.

Görünən odur ki, həbs olunan, ittihamedici sübutlara məruz qalanlar açıq-aydın şəkildə müxalif əhval-ruhiyyəni öz ətrafında cəmləyərək bu əhval-ruhiyyəni qızışdırmaqda şübhəli bilinən şəxslərdir. İttiham olunanlara qarşı təsir və təzyiqlər təxminən eyni paradiqmaya uyğundur və görünür, bu paradiqma seçkilərə qədər hələ davam edəcək. Hətta ən çox diqqət çəkən həm də odur ki, Ermənistan hakimiyyəti öz tərəfdarlarının dəstəyinə belə ümid etmir. Yəni hökuməti dəstəkləyən insanlara belə güvənilmir. Səlahiyyətlilər birmənalı olaraq, hakimiyyəti dəstəkləyən və istənilən şəraitdə onu dəstəkləyəcək insanları belə seçkidə qalib gəlmək üçün yetərli hesab etmir.

Müvafiq olaraq, təbii ki, iki vəzifənin, iki tapşırığın verildiyi bəlli olur. Birincisi, fəallığı aşağı səviyyədə saxlamaq, xeyli sayda insanın seçkiyə getməsinin qarşısını almaqdan ibarətdir. Məqsəd tərəfdarlarının görünməsini təmin etməkdir. Eyni zamanda seçkilər ərəfəsində narazı və laqeyd elektoratın bir hissəsini səsvermədən tamamilə uzaqlaşdırmaq ön plandadır. Məqsəd budur və buna uyğun olaraq, görünür, “qorxulu” saydıqları məsələ elə bir şəkildə həll olunur ki, hətta nəzəri olaraq etirazlar ətrafında toplaşa bilən insanlar belə zərərsizləşdirilir.

Maraqlıdır, bu etiraz mərkəzlərinin dağıdılması, institusional müxalifətin dağıdılması, sonda nə ilə nəticələnə bilər? Sual oluna bilər ki, 2018-ci ildə nə oldu? Nikol Paşinyan özü də həmin ildə etiraz dalğası sayəsində hakimiyyət kürsüsünü ələ almadımı? Bəli, ola bilsin ki, Nikol indi özünü, öz hakimiyyətini silkələyəcək qüvvənin olmasını, kimlərinsə hansısa çevriliş üçün gücünün yetməsini qeyri-mümkün hesab edir və təsirləri də, təzyiqləri də bu səbəbdən edir. Məsələ burasındadır ki, elə 2018-ci ildə də hansısa məqamda siyasi alətlərlə hakimiyyətə təsir etmək faktiki olaraq qeyri-mümkün sayılırdı. Amma, həmin dövrdə müşahidə etdiklərimiz tamamilə başqa, tamamilə fərqli məqamları ortaya qoydu. Haylar özləri də hər şeyin sanki birdən partladığını yəqin ki, unutmayıblar və bu gün Ermənistan hakimiyyətindəki qorxu kompleksinin nəyə görə olduğu da məhz bu baxımdan bəlli olur.

Hazırda Ermənistan üçün ən önəmli, ən vacib məsələlərdən biri və birincisi qonşu dövlətlərlə münasibətləri normallaşdırmaq, normal qonşuluq münasibətləri qurmaqdır. Bunun üçün isə ilk növbədə, uzun zamandır mövcud olan düşmənçilik ideyalarını, təcavüzkarlıq və başqalarına məxsus olana sahib olma, ələ keçirmə niyyətlərini kənara qoymaq tələb olunur. Qonşu ölkələrin torpaqlarına göz dikməkdən, işğal siyasətindən yaxa qurtarmayan bir dövlət münasibətləri normallaşdıra, normal qonşuluq siyasəti apara bilməz. Tələb olunan da elə budur. Məhz Azərbaycan tərəfinin də, Türkiyə tərəfinin də haqlı tələbi budur. Əgər həqiqətən də Ermənistan sülh şəraitində yaşamaq, sülh danışıqları aparmaq fikrindədirsə, qonşu dövlətlərə məxsus ərazilərlə bağlı torpaq iddialarından əl çəkməlidir və dövlət atributlarında belə öz əksini tapan belə məqamlara son qoyulmalıdır. Elə konstitusiyada dəyişiklik tələbi ilə bağlı məsələlər də buna görədir. Amma məsələ burasındadır ki, Ermənistan hakimiyyətinin bu məsələdə də qorxu kompleksi özünü göstərir. Sülh danışıqlarının yubanmasının səbəbi məhz hələ də kəskin şəkildə qərar verə bilməmək və belə bir kəskin qərarı verməkdən qorxmasıdır.

Təbii ki, Ermənistan müxalifəti, xüsusən də revanşistlər hələ də hansısa qisas, hansısa mənasız və məkrli fikirlərlə çıxış etmələri həmin ölkə hakimiyyətinin qərarsızlığının əsas səbəbi olaraq başa düşülür. Əgər erməni baş nazir Nikol Paşinyan və onun hakimiyyət komandası məhz ölkə müxalifətinin təpkisindən qorxmasaydı, çəkinməsəydi, çoxdan bu məsələlər öz həllini tapardı və sülh danışıqları da artıq başa da çatardı. Görünən odur ki, özü narazılıq aksiyaları fonunda meydana atılan və bu yolla, küçə nümayişləri ilə hakimiyyəti “yola salan” Paşinyan və onun komandası daha çox qorxur. Dəfələrlə ali tribunalardan konstitusiyalarında dəyişiklik barədə müzakirələr edənlərin hərdən tamamilə fərqli müstəvidə də çıxış etdiklərinin şahidi oluruq. Bunlar məhz Ermənistan hakimiyyətinin siyasi iradəyə, qətiyyətə sahib olmamasından doğan qorxu kompleksindən irəli gəlir.

Bir çox erməni əsilli politoloqların fikrincə, Ermənistan hakimiyyəti hələlik ölkənin müxtəlif bölgələrində hansısa təsirlərə, təzyiqlərə əl atmaqla, sanki kütlənin fikirlərini, hansı reaksiya verəcəyini sınağa çəkmək niyyəti güdür. Bir çoxlarının fikrinə görə, hələlik müxalifət düşərgəsində lazımli “təmizləmələr” aparılır ki, zamanı gəldikdə qarşıdurmalar və digər təhlükəli məqamlarla qarşılaşılmasın. Əslində, bu məqam onu göstərir ki, qorxu kompleksi danılmazdır. Bu vaxta qədər işğalçılığı dövlət siyasəti olaraq yürüdən bir ölkənin hakimiyyəti bir növ bu yanlış yoldan çəkinməkdən hələ də qorxur, baxmayaraq ki, bununla bağlı artıq dəfələrlə fikirlər də səsləndirildiyinin şahidi olmuşuq.

Sözsüz ki, erməni cəmiyyətində hələ də köhnə fikirdə olan, hələ də hansısa miflərə inanan, yaxud, reallığa yox, miflərə inanmağı üstün bilənlər var və yetərincədir. Təsadüfi deyil ki, həmin ölkənin baş naziri Nikol Paşinyan özü belə uydurma, yoxsa real Ermənistanın olması ilə bağlı sualla müraciət edir daxili auditoriyaya. Daha dəqiq desək, erməni baş nazir öz cəmiyyətini məhz reallıqları qəbul etməyə, yalanlardan, uydurmalardan, miflərdən uzaqlaşmağa çağırır. Amma iş orasındadır ki, hələ də bu çağırışa güvənə bilmir və qəbul olunacağından qorxur. Qorxur ki, istər qardaş Türkiyə ərazisində olan Ağrıdağla bağlı olan məqamlara, istərdə də Azərbaycanın ərazilərinə qarşı iddialara son qoymaq məsələsi partlayışa səbəb ola bilər. Ona görə qorxur ki, bu partlayış dediyimiz də onun sonunu gətirə bilər. Öncədən qeyd olunduğu kimi, cəmiyyətdə yaranan partlayış sayəsində meydana atılan biri kimi daha çox, digərlərindən də çox qorxur.

Məsələ burasındadır ki, bir ölkə hakimiyyəti düzgün qərarlar qəbul edərkən, ölkəsinin və xalqının bundan sonrakı mövcudluğu, yaşayışı, taleyi üçün ən doğru addımların atılmasına qərar verərkən kifayət qədər qətiyyətli olmalıdır. İstənilən halda, Ermənistan tərəfinin düz 30 ilə taxın işğalı altında olan Qarabağ torpaqlarının işğaldan azad edilməsi ilə bağlı ölkə rəhbərimizin qətiyyəti nümunə olaraq qəbul oluna bilər. Əsrin üçdə birinə yaxın dövr ərzində beynəlxalq tribunalarda, qlobal miqyasda olan tədbirlərdə müvafiq məsələlərin irəli sürülməsi, nəticədə də Qarabağla bağlı məsələlərin diplomatik yolla həll edilməsi tələbi bildirilməsi fonunda beynəlxalq təşkilatların laqeydliyi ilə, münaqişənin həllinə çalışılmaması ilə qarşılaşan Azərbaycan tərəfinin məhz ölkə rəhbəri, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi sayəsində cəmi 44 gün ərzində ərazilərini işğaldan azad etməsi çoxları üçün mükəmməl bir nümunədir. İndi məhz Ermənistan hakimiyyətindən qətiyyət, siyasi iradə tələb olunan məqamdır. Çoxdandır ki, siyasi müstəvidə qətiyyətli qərarlar verməsi məhz erməni baş nazir Nikol Paşinyandan və onun hakimiyyət komandasından gözlənilir. Məsələ burasındadır ki, hələ də qətiyyətli addım, siyasi iradə müşahidə edilmir. Hələ də qorxu komleksi hökm sürür. Bu, siyasi iradəyə, qətiyyətə sahib olmayanlar üçün xarakterik olan qorxu kompleksidir...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Noyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see270

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see180

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see169

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see149

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see143

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see137

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see136

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see135

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see134

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see132

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see132

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see129

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see128

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see128

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri