Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Siyasi korlar gerçəyə xor baxanlar

Siyasi korlar gerçəyə xor baxanlar

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Zurabyanların “geosiyasi fobiya”ları bitmək bilmir

Ermənistanda özünü siyasi ekspert, ictimai-siyasi xadim adlandıran şəxslərin Zəngəzur dəhlizi mövzusunda fantaziyaları bitib-tükənmək bilmir. Sanki onlar reallıqdan uzaq, siyasi populizmə əsaslanan yanaşmalarla gündəmdə qalmağa çalışırlar. Onlar haray-həşir salaraq Zəngəzur dəhlizi kimi hamı üçün faydalı qlobal layihəni gözdən salmağa cəhd edirlər. Əlbəttə, məsələnin mahiyyətini təhrif edən bu yanaşmalar daxili auditoriyaya, necə deyərlər, bulanıq suda balıq tutmağa hesablanıb və manipulyativ məqsədlər daşıyır. Çünki həmin fikirləri səsləndirənlər özləri də dəhlizin açılmasının bölgədə iqtisadi canlanma və sabitlik üçün real fürsət olduğunun fərqindədirlər. Lakin onlar inaddan əl çəkməyərək bu fürsəti təhdid kimi təqdim etməyə davam edirlər. Belələrindən biri də müxalifətdə olan Erməni Milli Konqresi partiyası sədrinin müavini Levon Zurabyandır.

Həmin bu Zurabyan bir neçə gün öncə “Facebook” hesabında Zəngəzur dəhlizi ilə bağlı həqiqətə uyğun olmayan fikirləri paylaşım edib. Bildirib ki, Zəngəzur dəhlizi, birincisi, Azərbaycanın proqramıdır. Guya, Azərbaycan ölkənin qərb rayonları ilə Naxçıvan arasında, daha sonra Türkiyə ilə əlaqə yaratmaqla kifayətlənmək istəmir və Zəngəzuru öz nəzarətinə götürməyə çalışır. İkincisi isə bu, Türkiyə ilə türk dünyası arasında kommunikasiya və iqtisadi əməkdaşlıq oxunun yaradılmasına töhfə verən “Turan proqramı”dır: “Bəs bu necə geosiyasi proqrama çevrilir? Bir tərəfdən Rusiya, Çin və İran, digər tərəfdən isə Qərb üçün bu layihəyə kimin nəzarət edəcəyi çox önəmlidir. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması Rusiyanın vəziyyəti nəzarətə götürmək cəhdi idi. Amma təbii ki, Qərb bununla barışa bilməzdi və Qarabağı itirmək (?) bahasına olsa belə, Paşinyanı bu plandan əl çəkməyə məcbur etdi. Və gələcəkdə bu proqram Qərbin təsirinə tabe olmalıdır, hətta bunun bədəli Ermənistanın suverenliyinin məhv edilməsi və tədricən azərbaycanlılaşdırılması hesabına olsa belə... Başa düşmək lazımdır ki, Zəngəzur bizim əlimizdə “kozır”ımız, sərvətimizdir, hazırda onun uğrunda geosiyasi mübarizə aparılır”.

Sözsüz ki, fürsətdən yararlanan Zurabyan hazırkı iqtidarın, necə deyərlər, bostanına daş atmağı da unutmayıb. Deyib ki, belə bir “kozıra” sahib olmaqla çətin situasiyaya düşüblər. Çünki bu geosiyasi rəqabətdə qalib gəlmək son dərəcə ağıllı diplomatiya tələb edir: “Əsas vəzifə “kozır”dan düzgün istifadə etməkdir. Əks halda o, sizdən alınacaq və hissələrə bölünəcək. Əgər Ermənistanda balanslaşdırılmış diplomatiya aparan, geosiyasi oyunçuların maraqlarını uzlaşdıra bilən normal hakimiyyət olsaydı, bizdə tamam başqa vəziyyət olardı. Belə bir geosiyasi maraq şəraitində Zəngəzur (Zurabyan da digər haylar kimi təbii ki, “Sünik” məfhumundan istifadə edir–S.H.) Şimaldan Cənuba, Şərqdən Qərbə dəmir yollarının kəsişəcəyi nəqliyyat qovşağına çevrilməlidir. Bu yolla konsorsium yaratmaq və müxtəlif dövlətlərin maraqlarını uyğunlaşdırmaqla Ermənistanı ölümcül geosiyasi mübarizədən çıxarmaq olar. Belə bir həllə ən mürəkkəb diplomatiya yolu ilə nail olmaq lazımdır”.

***

Qeyd edək ki, L.Zurabyan Ermənistanın ictimai-siyasi mühitində uzun illərdir fəaliyyət göstərən, lakin daha çox radikal çıxışları və populist ritorikası ilə yadda qalan şəxslərdəndir. O, özünü ictimai-siyasi xadim, siyasi ekspert və müstəqil analitik kimi təqdim etsə də, əslində, onun fəaliyyəti əsasən siyasi spekulyasiyalar, konspiroloji nəzəriyyələr üzərində qurulub. Onun imzasını tez-tez müxtəlif sosial şəbəkələrdə, xüsusilə də “Facebook”da regional layihələr, sərhəd mübahisələri və Ermənistanın daxili siyasi prosesləri ilə bağlı sərt və emosional paylaşımlarda görmək mümkündür. Zurabyanın ən çox müzakirə olunan mövqelərindən biri də Zəngəzur dəhlizi məsələsində ortaya qoyduğu yanlış yanaşmadır. O, bu layihəni regional nəqliyyat infrastrukturu kimi deyil, “Ermənistanın azərbaycanlılaşdırılması”, “suverenliyin itirilməsi” və “türk dünyasının genişlənməsi” kimi təqdim edir. Beləliklə, o, ictimai fikirdə süni ajiotaj yaratmağa, qonşuluq və əməkdaşlıq imkanlarını düşmənçilik və geosiyasi qarşıdurma prizmasında göstərməyə çalışır. Zurabyan bu ritorikası ilə reallıqdan uzaq olduğunu dəfələrlə sübuta yetirib. Onun çıxışları Ermənistan cəmiyyətində bölücülük və çaşqınlıq yaratmaqdan başqa nəticə verməyib.

***

L.Zurabyan və onun kimi düşünən dairələr əslində, Ermənistanın regional təcridini daha da dərinləşdirirlər. Onlar Zəngəzur dəhlizi kimi, qlobal əhəmiyyətli layihələri şüurlu şəkildə təhrif edir, bunu qeyd etdiyimiz kimi, Ermənistana qarşı yönəlmiş təhlükə, “işğal planı” və ya suverenliyin itkisi kimi sırıyırlar. Zurabyanın haqqında söhbət açdığımız “Facebook” paylaşımı da bu cəfəng yanaşmanın bariz nümunəsidir. O, Azərbaycanın Zəngəzur dəhlizini sadəcə bir kommunikasiya xətti kimi deyil, ərazi nəzarəti vasitəsi kimi istifadə etmək istədiyini iddia edir. Eyni zamanda, bu layihəni “Turan proqramı” çərçivəsində türk dünyasının geosiyasi alətinə çevrilməsi ilə bağlayır. Bu iddialar həqiqətdən uzaq olmaqla yanaşı, bölgədə əməkdaşlıq və inteqrasiya perspektivlərinə zərbə vurmağa yönəlib.

Hər şeydən öncə vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizinin açılması 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli bəyanatda birbaşa nəzərdə tutulub, həmin sənədin tərkib hissəsidir və orada Ermənistan baş nazirinin imzası var. Hamıya məlumdur ki, sənədə əsasən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin yaradılması nəzərdə tutulur. Azərbaycan bu layihəni nə hərbi, nə də ekspansionist vasitə kimi təqdim edir. Əksinə, regionda iqtisadi əməkdaşlığın inkişafı və nəqliyyat əlaqələrinin bərpası üçün mühüm addım sayır. Dəhlizin açılması yalnız Azərbaycana deyil, Ermənistana da mühüm iqtisadi dividendlər vəd edir. Bu səbəbdən Zurabyanın “Zəngəzurun azərbaycanlılaşdırılması” və ya “Ermənistanın suverenliyinin məhv edilməsi” kimi ifadələri sırf emosional, manipulyativ ritorikadır və obyektiv reallıqla heç bir əlaqəsi yoxdur.

Eyni zamanda, “Turan proqramı” kimi mifoloji və ideoloji çərçivələrə söykənən yanaşmalarla Zəngəzur dəhlizini şərh etmək regionda reallaşmaqda olan konkret iqtisadi layihəni süni şəkildə təhlükə kimi göstərmək deməkdir. Bu cür fikirlər Qərbin, Rusiyanın və ya İranın da maraqlarına toxunduğu üçün, guya, Ermənistanın bu layihədən uzaqlaşmağa məcbur edildiyi kimi iddialar səsləndirilir. Halbuki Ermənistanın özündə dəfələrlə rəsmi şəxslər dəhlizin açılmasının bölgəyə fayda verəcəyini bildiriblər. Problem ondan ibarətdir ki, Zurabyan kimilər bu məsələyə özlərinin siyasi ambisiyaları və tarixi kompleksləri prizmasından yanaşaraq, yeni regional reallıqlarla barışmaq istəmirlər.

Əslində, bu cür ritorika erməni cəmiyyətində qorxu və çaşqınlıq yaratmağa xidmət edir. Halbuki bu gün Ermənistanın qarşısında duran əsas vəzifə Azərbaycan və Türkiyə kimi qonşuları ilə normal münasibətlər qurmaq, iqtisadi blokadadan çıxmaq və sabit regional inteqrasiyaya töhfə vermək olmalıdır. Zəngəzur dəhlizinə geosiyasi “kozır” kimi deyil, regional sabitliyin açarı kimi baxmaq daha məqsədəuyğundur. Əks halda, Ermənistan yenə də keçmişdə olduğu kimi, fürsətləri əldən verəcək və özünü təcrid olunmuş vəziyyətdə saxlayacaq.

İlyas HESEYNOV,
politoloq

– Zurabyanın Zəngəzur dəhlizi barədə səsləndirdiyi fikirlər, əslində, Ermənistan daxilində hələ də formalaşmamış strateji baxışın təzahürüdür. Onun çıxışları göstərir ki, bu cür şəxslər regionda baş verən geosiyasi dəyişiklikləri dərk etmək və onlara uyğun mövqe tutmaq əvəzinə, köhnə qorxu və miflər üzərindən danışmağa üstünlük verirlər. Zurabyan məsələni iqtisadi və nəqliyyat baxımından deyil, sırf ideoloji və təhlükəsizlik müstəvisində şərh edərək, ictimai fikri çaşdırmağa çalışır. O, bu dəhlizi Azərbaycanın Ermənistan üzərində hegemonluq iddiası kimi təqdim edir ki, bu da nə real faktlara əsaslanır, nə də beynəlxalq hüquqa uyğundur.

Reallıq isə ondan ibarətdir ki, Zəngəzur dəhlizi Ermənistanın blokadadan çıxması regionun nəqliyyat xəritəsində mühüm mərkəzə çevrilməsi üçün nadir imkandır. Zurabyan kimi şəxslər isə bu fürsəti siyasi isteriyaya çevirərək ölkənin öz maraqlarına zidd mövqe formalaşdırırlar. Bu cür çıxışlar Ermənistanı sabitlik və əməkdaşlıq kursundan uzaqlaşdırmaqla yanaşı, daxildə də radikal qütbləşməni dərinləşdirir. Təsəvvür edin, bölgədə yeni yollar çəkilir, yük axınları artır, ticari əlaqələr genişlənir, amma Ermənistan hələ də “ərazi itkisi”, “suverenliyin təhlükəyə düşməsi” kimi anlayışlarla prosesə yaxınlaşır. Bu düşüncə tərzi XXI əsrin çağırışlarına deyil, keçmişin kölgəsinə xidmət edir.

Zurabyanın və onun kimi düşünənlərin əsas problemi ondan ibarətdir ki, onlar Ermənistanın gələcəyini təhlükə və münaqişə ilə formalaşdırmağa çalışır. Halbuki ölkənin sabitliyi məhz regional inteqrasiyadan keçir. Zəngəzur dəhlizi Ermənistan üçün həm tranzit gəlirləri, həm də siyasi sabitlik deməkdir. Əgər bu cür imkanlar radikal ritorikalarla itib-batarsa, Ermənistan yenidən iqtisadi uğursuzluğa məhkum olacaq. Zurabyan kimilərinin yanaşmaları Ermənistan cəmiyyətində qorxu, şübhə toxumu səpməyə və ölkəni təcriddə saxlamağa xidmət edir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri