Icma.az
close
up
RU
Siyasi partiyalar saytlarını yaratmağa niyə tələsmir? “Gələn il TV miz olacaq”

Siyasi partiyalar saytlarını yaratmağa niyə tələsmir? “Gələn il TV miz olacaq”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycan qeydiyyatdan keçmiş 26 siyasi partiyanın çox az hissəsinin internet resursu var. Bəzi siyasi qurumlar “Biz geniş media qrupları ilə işləyirik", - deyə "elektron yaddaş" yaratmağa tələsmir.

“Yeni Sabah”ın araşdırmasına əsasən, hazırda "Siyasi partiyalar haqqında" Qanun tələblərinə uyğu olaraq Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçən 26 siyasi təşkilat arasında yalnız aşağıdakıların rəsmi saytları mövcuddur:

Yeni Azərbaycan Partiyası (YAP) -  yap.org.az

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) – amip.az

Ağ Partiya – agpartiya.com

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) (amma giriş mümkün deyil) – vhp.az

Azərbaycan Ümid Partiyası (ÜMİD) – umidparty.org

Böyük Azərbaycan Partiyası (BAP) – bapaz.az

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) – kxcp.org

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) – mhdp.az

Yeni Zaman Partiyası (YZP) – yenizaman.az

Milli Cəbhə Partiyası (MCP) – sosdem.az

Respublikaçı Alternativ (REAL) Partiyası – realplatforma.org

Haqq Ədalət Partiyası (HƏP) – hap.az

Adı siyahıda olmayan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev partiya saytının yoxluğunu "Yeni Sabah"a belə izah edib:

“Biz geniş media qrupları ilə işləyirik. Bu, gizli deyil. Müəyyən saytlar və informasiya agentlikləri ilə müqavilələrimiz var.  Ona görə də ehtiyac duymadıq ki, təşkilatın saytını yaradaq.

Yeni ildən sonra partiyanın televiziyası və saytını açmaq barədə müəyyən planlarımız var”.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, təşkilatın saytı var və materiallar orada yerləşdirilir:

“Hər kəs bütün bəyanatlarımızı, çıxışlarımızı girib oxuya bilər. Mənim bütün müsahibələrim də həmin saytda yerləşdirilir. Biz internet resurslarında əhatəli iştirak edirik. Hazırda siyasi proseslərdə ümumi durğunluq var”.

Qeyd edək ki, həmin partiyanın saytı mövcud olsa da, aktiv deyil.

Xatırladaq ki, 2025-ci il üçün siyasi partiyalara ümumilikdə 6 milyon manat ayrılıb, Vəsaitin 130 min manatı Milli Məclisdə təmsil olmayan, lakin etibarlı səs toplamış 14 partiya arasında bərabər bölünməli idi. Üstəlik, partiyalara ayrılan vəsait onların informasiya təminatı və təbliğatı üçün də  xərclənməli idi.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri