Icma.az
close
up
RU
Siyasi sabitliyin və strateji idarəçiliyin nəticəsi

Siyasi sabitliyin və strateji idarəçiliyin nəticəsi

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin 20 yanvar 2026-cı il tarixində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın daxili və xarici siyasət kursunun əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının “ölkə daxilində potensial risklər mövcud deyil” fikri təsadüfi səslənən bəyanat deyil, illər ərzində formalaşdırılmış güclü dövlətçilik modelinin məntiqi nəticəsidir.

Son illər Azərbaycan siyasi sabitliyin, ictimai həmrəyliyin və milli təhlükəsizliyin təmin olunması baxımından nümunəvi ölkələrdən biri kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və praqmatik siyasət ölkə daxilində hər hansı təhdid və risklərin qarşısının qabaqcadan alınmasına imkan verib. Güclü dövlət institutları, effektiv idarəetmə mexanizmləri və cəmiyyətlə hakimiyyət arasında mövcud olan sağlam dialoq sabitliyin əsas dayaqlarını təşkil edir.

Müsahibədə səsləndirilən bu fikir, eyni zamanda, Azərbaycanın regional və qlobal proseslər fonunda öz mövqeyinə tam nəzarət etdiyini nümayiş etdirir. Müasir çağırışlar, geosiyasi gərginliklər və iqtisadi dalğalanmalar fonunda bir çox ölkələr daxili risklərlə üzləşdiyi halda, Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığı və vətəndaş məmnunluğu prioritet olaraq qorunur.

Xüsusilə postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının uğurla icrası dövlətin daxili resurslara və ictimai dəstəyə arxalandığını göstərir. Bu proseslər bir daha sübut edir ki, ölkə daxilində risk yarada biləcək amillər nəzarət altındadır və strateji baxımdan idarəolunandır.

Prezident İlham Əliyevin Davosdan dünyaya verdiyi bu mesaj beynəlxalq ictimaiyyət üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan sabit, etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi çıxış edir. Daxili sabitlik isə ölkənin iqtisadi inkişafı, investisiya cəlbediciliyi və regional liderlik mövqeyinin möhkəmlənməsi üçün əsas şərt olaraq qalır.

“Ölkə daxilində potensial risklər mövcud deyil” fikri sadəcə mövcud vəziyyətin təsviri deyil, eyni zamanda Azərbaycanın gələcəyə inamla baxdığını, güclü siyasi iradə və milli birlik sayəsində istənilən çağırışa hazır olduğunu təsdiqləyən strateji mesajdır.

Mansur QULIYEV

YAP Ağdam rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri