Siyasi şərhçi: Bütün tarixi proseslərin dönüş nöqtəsi 2023 cü ilin 19 sentyabrında oldu
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə tam suveren deyildi. Çünki ölkənin əraziləri işğal altındaydı”.
Bunu siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, suverenlik ə milli təhlükəsizliyin, dövlət idarəçiliyinin və xalqın sistem daxilindəki rolunun əsas şərtidir:
“Yəni dövlətin milli kimliyi məhz buradan başlayır və onun təsdiqidir. Lakin biz təxminən 30 il ərzində yarımçıq milli kimlik prosesi yaşadıq. Bu dövrdə ideoloji parçalanmalar, dövlətçilik düşüncəsində boşluqlar, təhlükəli çağırışlar və bölgənin mürəkkəb geosiyasi şərtləri Azərbaycanı çətin sınaqlarla üz-üzə qoydu. Biz imperiyaların ərazi iddialarının, regional rəqabətin və təsir dairələrinin kəsişdiyi bir coğrafiyada dövlətçiliyi qurmağa, möhkəmləndirməyə və süverenliyimizi bərpa etməyə çalışırdıq. Bütün bu tarixi proseslərin dönüş nöqtəsi isə 2023-cü ilin 19 sentyabrında baş verdi. Bu tarix, Azərbaycanın öz suverenliyini tam təmin etdiyi və dövlət bütövlüyünü bərpa etdiyi mərhələ kimi yadda qaldı. Bu hadisəni biz bir səmada parlayan şimşəyə, dənizdə baş qaldıran tufana və ya dağlardan gələn qar uçqununa bənzədə bilərik. Çünki regionda artıq tarazlıqlar dəyişib, geosiyasi nizam yenidən formalaşıb”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bakıdakı məhkəməni bütün ermənilər hiss edəcək Siyasi şərhçi
03 Aprel 2025 10:19
Suriyada atılan bütün addımlar Türkiyə rəhbərliyi ilə razılaşdırılır Siyasi şərhçi
03 Yanvar 2025 11:50
Fransa Afrikadakı nüfuzunu itirib Siyasi şərhçi
31 Yanvar 2025 02:11
Siyasi şərhçi: Ukrayna sonda qalib çıxacaq
13 Fevral 2025 16:01