Siyasi şərhçi: “Şəhərsalma və Memarlıq İli” urbanizasiya siyasətinin yeni mərhələsini açır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətin urbanizasiya və memarlığın inkişafına verdiyi strateji önəmin bariz ifadəsidir. Bu qərar şəhərsalmanın artıq təkcə texniki və planlaşdırma məsələsi deyil, eyni zamanda, sosial rifah, iqtisadi dayanıqlıq və milli inkişaf baxımından prioritet sahə kimi dəyərləndirildiyini göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, müasir dünyada şəhərlər dövlətlərin inkişaf səviyyəsini, idarəetmə keyfiyyətini və uzunmüddətli baxışını əks etdirən əsas göstəricilərdən biridir. “Azərbaycanın son illər həyata keçirdiyi genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə Bakı və digər iri şəhərlərdə aparılan yenidənqurma və infrastrukturun müasirləşdirilməsi bu sahədə ardıcıl və sistemli siyasətin nəticəsidir”, – deyə Ülviyyə Zülfiqar qeyd edib.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın şəhərsalma təcrübəsi əsrlərə söykənən zəngin tarixi irsə əsaslanır. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin faktiki olaraq yenidən qurulması, müasir urbanizasiya yanaşmalarının tətbiqi 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsini xüsusi aktuallıqla gündəmə gətirir. Bu qərar mövcud təcrübənin ümumiləşdirilməsi və yeni mərhələyə daşınması üçün mühüm imkanlar yaradır.
Ülviyyə Zülfiqar şəhərlərin yalnız fiziki məkan deyil, xalqın tarixi yaddaşını və mədəni kimliyini əks etdirən canlı orqanizmlər olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın şəhərsalma siyasətində milli memarlıq elementlərinin müasir dizaynla uzlaşdırılması şəhərlərin özünəməxsus simasının qorunmasına şərait yaradır. Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra tarixi-memarlıq üslubunun qorunmasına xüsusi diqqət yetirilməsi milli irsə verilən dəyərin açıq göstəricisidir.
“Gələn il Azərbaycanda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF) bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Belə mötəbər beynəlxalq platformanın Azərbaycanda təşkili ölkənin urbanizasiya sahəsində topladığı təcrübəni qlobal auditoriyaya təqdim etmək, eyni zamanda, beynəlxalq trendlərlə müqayisə aparmaq və yeni yanaşmaları öyrənmək baxımından mühüm fürsətdir”, - deyə siyasi şərhçi vurğulayıb.
Onun fikrincə, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi ölkənin qlobal şəhərsalma dialoqunun fəal iştirakçısına çevrildiyini nümayiş etdirir və Qarabağda aparılan yenidənqurma işlərinin beynəlxalq ekspertlərə təqdim olunması üçün geniş imkanlar açır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 23 Dekabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















